Bu qəzetlər 5 min manat cərimə olunacaq - TƏSDİQLƏNDİ

Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5 min manatadək cərimələnəcək.
Adalet.az xəbər verir ki, bu, Prezident İlham Əliyev Mülki, İnzibati Xətalar məcəllələrində, “Media haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.
Dəyişikliklə Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektinin çap mediası məhsulunun, həmin subyekt, nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımına görə fiziki şəxslər 500 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5 000 manatadək məbləğədək cərimə ediləcək.
Yayıcı dedikdə nəşriyyatla və ya (naşirlə) müqavilə bağlamaqla yaxud digər qanuni əsaslarla nəşriyyat məhsullarının yayılmasını və satışını həyata keçirilən fiziki və hüquqi şəxs başa düşülür.
Digər Xəbərlər

Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüş keçirdi - FOTOLAR

Səidə Bəkirqızının çıxışına görə "Space TV"nin yayımı dayandırılır

“Ədalət” qəzetinin 35 illiyi ilə bağlı toplantı keçirilib - FOTOLAR

Rəşad Məcid: “Kimsə insanlar arasında bölücülük, nifaq yaradırsa…”

Azərbaycan nümayəndə heyəti Çində keçirilən Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumunda - FOTO

MEDİA ilə "Sinxua" agentliyi arasında Anlaşma Memorandumu imzalandı

Medianın İnkişafı Agentliyi bu sayta xəbərdarlıq etdi
