Bu, qəza riskinin artmasına səbəb olur - BDYPİ-dən çağırış

Həftəsonları paytaxt və bölgələr arasında intensiv hərəkət müşahidə olunur. İstirahət və səfər məqsədilə yola çıxan sürücülərin sayının artması nəticəsində magistral və əsas avtomobil yollarında nəqliyyatın sıxlığı artır, bu isə qəza riskinin yüksəlməsinə səbəb olur.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Adalet.az-a bildirilib ki, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə respublika ərazisində nəzarət-profilaktik tədbirlər gücləndirilib, patrul xidmətinin fəaliyyəti daha da intensivləşdirilib.
Bununla belə, müşahidələr göstərir ki, bəzi hallarda sürücülər tərəfindən qaydalara əməl olunmaması, tələskənlik və diqqətsizlik nəticəsində ağır yol-nəqliyyat hadisələri baş verir. Bu cür halların qarşısını almaq üçün Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edir:
Səfərə çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlayın, nasaz nəqliyyat vasitəsi ilə yola çıxmayın, sürət həddinə və ötmə-manevretmə qaydalarına ciddi riayət edin. Hərəkət zamanı hava şəraitini və yolun vəziyyətini nəzərə alın, uzun məsafələrdə fasilələrlə hərəkət edin, yorğun və yuxusuz halda sükan arxasına əyləşməyin.
Unutmayın – yolda intizam və məsuliyyət hər bir sürücünün təhlükəsizliyinin əsas təminatıdır.
Digər Xəbərlər
01 Noyabr 2025 17:21 Hikmət Hacıyev "Zəngəzur dəhlizi"ndən foto paylaşdı
01 Noyabr 2025 14:32 Nazir Vilayət Eyvazov növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTOLAR + VİDEO
01 Noyabr 2025 14:23 Ramiz Mehdiyev klanına qarşı “təmizləmə əməliyyatı”: Geniş həbslər Bu Tarixdən BAŞLANACAQ
31 Oktyabr 2025 15:22 Ukraynanın səhiyyə naziri Fəxri Xiyabanı, Şəhidlər Xiyabanı və Zəfər Parkını ziyarət edib - FOTOLAR
31 Oktyabr 2025 14:16 Monteneqroda sərbəst buraxılan Yaqub belə qarşılandı - VİDEO
31 Oktyabr 2025 12:19 Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı sərbəst buraxıldı
31 Oktyabr 2025 12:05 İpotekaya dair tələblərlə bağlı yeni qayda tətbiq ediləcək
31 Oktyabr 2025 12:04 

Bakı -°C 






