Bu bölgədə ətin qiyməti bahalaşdı - VİDEO

İsmayıllı rayonunda son bir ay ərzində ətin qiyməti orta hesabla iki manat artıb.
Adalet.az Xəzər Tv-yə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, qiymətlərin qalxmasına əsas səbəb rayonda heyvanların sayının azalması və yem-otun bahalaşmasıdır.
Onların fikrincə, bu bahalaşma təkcə alıcılara deyil, həm də satıcılara mənfi təsir göstərib. Əvvəllər gün ərzində 80-100 kiloqram ət sata bildikləri halda, indi 40-50 kiloqram satış olur.
Alıcılar da qiymət artımından narazıdırlar.
Məsələ ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətindən verilən açıqlamada bildirilib ki, bazar qiymətlərinə müdaxilə qurumun səlahiyyətlərinə daxil deyil.
Qiymət artımı bazar münasibətləri əsasında formalaşır və dövlət qurumlarının bu prosesə təsir imkanı məhduddur.
Digər Xəbərlər

Xocalıda elektrik təchizatı ilə bağlı 2,8 milyon manatlıq işlərə başlanılır

Prezident və xanımı “Hacıkənd” istirahət kompleksinin tikintisi ilə tanış olublar - FOTOLAR

Növbəti iki gündə külək güclənəcək

Prezident və birinci xanım Gəncə şəhər stadionunda - FOTOLAR + YENİLƏNİB

Adı sağlamlıq özü isə xəstəlik saçan “Yodlu göl” niyə bu haldadır? - VİDEO

“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər - VİDEO

“Zəfər” şahmat turniri qaliblərinin Şuşa şəhərinə infoturu təşkil olunub - VİDEO
