BŞİH-də müşavirə keçirildi

Bakı Şəhər İcra Hakimiyyətində şəhərin təsərrüfat xidmətlərinin, paytaxt rayonlarının təsərrüfat xidmətləri rəhbərləri və məsul şəxslərin iştirakı ilə geniş müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətindən Adalet.az-a verilən xəbərə görə, müşavirədə bir sıra məsələlər, o cümlədən son vaxtlarda paytaxtda aparılan geniş miqyaslı abadlıq işləri, sanitar təmizlik məsələləri, çimərliklərin vəziyyəti və yay mövsümünə hazırlıq məsələləri, qanunsuz tikililərlə mübarizə və şəhərin ümumi görünüşünə xələl gətirən tikililər və digər nöqsanlar müzakirə edilib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan inkişaf edir, yeni parklar və yaşıllıqlar salınır, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində böyük işlər həyata keçirilir. Bununla yanaşı yerlərdə bəzi sahələrdə nöqsanlar mövcudluğu vurğulanıb, rayonlar üzrə monitoring zamanı aşkar edilmiş konkret faktların fotoşəkilləri nümayiş etdirilib.
Müşavirənin yekununda Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Ayaz Hüseynov bir daha qeyd edib ki, həyata keçirilən müsbət işlərlə yanaşı hazırda mövcud olan bir sıra nöqsanların ən qısa zamanda aradan qaldırılması vacibdir.
Digər Xəbərlər

Mir Şahinin Vaxtı - VİDEO

ATİAHİ tərəfindən 308 tələbəyə “Adlı təqaüd” təqdim olunub - FOTOLAR

Azərbaycanda liftlərin təhlükəsizliyi ilə bağlı reqlament hazırlandı

Hərbi xidmət və tibbi müayinədən yayınanları nə gözləyir? - Rəsmi açıqlama

Zəvvarların növbəti qrupu Həcc ziyarətinə bu tarixdə yola düşəcək

Sürücülərin nəzərinə: Cərimələrlə bağlı yenilik

Deputat Azərbaycanda yeni Kəbənin yaradılmasını təklif edib
