"Bornmut" yeni baş məşqçisini açıqladı
İngiltərənin “Bornmut” klubunun yeni baş məşqçisi bəlli olub.
Adalet.az xəbər verir ki, mövsümün sonunda komandadan ayrılacaq hazırki baş məşqçi Andoni İraolanı almaniyalı mütəxəssis Marko Roze əvəz edəcək.
Bu barədə Premyer Liqa təsmilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Marko Roze bir ildən artıqdır ki, işsizdir. O, son olaraq "Leyptsiq"i çalışdırıb.
"Bornmur" bu mövsüm İngiltərə Premyer Liqasında 33 oyundan 11-də qələbə qazanıb, 7-də məğlub olub və 15 heç-heçə edib. Komanda 48 xalla turnir cədvəlində 8-cidir.


Bakı -°C

