"Biz üç dövlət və bir millətik" - Pakistan Senatının sədri
"Gözəl Bakı şəhərində olmaqdan məmnunluq duyuram. Hazırda dünyada mürəkkəb çağırışların olduğu bir dövrdə yaşamaqdayıq".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında çıxışı zamanı Pakistan İslam Respublikası Senatının sədri Syed Yusuf Raza Gilani deyib.
“Azərbaycan haqqında bir məqamı diqqətə çatdırım. Ölkədə milli birlik və sadiqlik formalaşıb. Mən Azərbaycanı məhz Konstitusiyanın 30 illiyinə həsr olunan tədbirə görə təbrik edirəm. İlham Əliyevin məhz bu ili Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan etməsi öz dəyərlərinə sadiqliyinin nümunəsidir. Bu gün suverenlik sınaqlarla üz-üzədir. Qlobal böhranlar bütün dünyada yayılmaqda və həmçinin yeni çağırışlar etməkdədir. Gəlin suverenlik və bərabərlik prinsiplərinə birlikdə addım ataq. Biz üç dövlətik – Azərbaycan, Pakistan və Türkiyə. Biz üç dövlət və bir millətik", - deyə Pakistan Senatının sədri bildirib.
Digər Xəbərlər
01 Noyabr 2025 18:00
Milli Məclisdə 2026-cı il büdcə zərfinin müzakirəsinə başlanacağı tarix məlum olub
01 Noyabr 2025 17:38
Sahibə Qafarova Misirə səfərə getdi
01 Noyabr 2025 11:53
İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi
01 Noyabr 2025 09:26


Bakı -°C

