Bir həftədə 1348 hektardan çox ərazi minalardan təmizləndi
Azad edilmiş ərazilərdə sentyabrın 7-dən 13-dək 19 tank əleyhinə mina, 113 piyada əleyhinə mina və 426 ədəd digər partlayıcı hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirdiyi humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik hesabatında bildirilib.
Məlumata görə, hesabat dövründə ümumilikdə 1348,9 hektar ərazi minalardan təmizlənib.
Minatəmizləmə əməliyyatları ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT tərəfindən Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında həyata keçirilib.
Əməliyyatlar, həmçinin Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərini də əhatə edib.
Digər Xəbərlər
15 Sentyabr 2026 11:34
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
15 Sentyabr 2026 10:36
Səfirlik əməkdaşları Şəhidlər xiyabaında - FOTO
15 Sentyabr 2026 10:16
“Əhli Beytin vəhdət ənənəsində İmam Muhəmməd Baqirin rolu”
15 Sentyabr 2026 09:54
“15 sentyabrın paytaxt günü elan olunmasına ümid edirik”
15 Sentyabr 2026 00:01
Bakının işğaldan azad edilməsindən 108 il ötür
14 Sentyabr 2026 18:20
Bu yollarda tıxac var - SİYAHI
14 Sentyabr 2026 17:19
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
14 Sentyabr 2026 16:33


Bakı -°C

