Bəzi yerlərdə 41 dərəcə isti olub - FAKTİKİ HAVA

Azərbaycanda iyulun 22-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunub, lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.
Adalet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Düşən yağıntının miqdarı Ceyrançöldə 6, Gədəbəydə 2, Şəmkir və Ağstafada 1 mm-dir.
İyulun 21-də şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Gəncədə 24, Ceyrançöl və Culfada 22, Şəkidə 20, Goranboyda 19, Naftalan və Mingəcevirdə 16 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 39, dağlıq rayonlarda 32, Aran rayonlarında isə 41 dərəcəyədək isti qeydə alınır.
Digər Xəbərlər

Bakının bu qəsəbəsi sökülür - sakinlər nə edəcək?

Daha 53 ailə doğma yurda qayıdır

Füzulidə fləşmob keçirilib - VİDEO

Sabah 41° isti olacaq

Çimərliklərdə bu nəqliyyat vasitələrini sürmək - QADAĞANDIR + FOTOLAR

Çimərliyə gedənlərin NƏZƏRİNƏ! - FHN-dən çimərliklərlə bağlı əhaliyə ÇAĞIRIŞ - VİDEO

Bu tarixədək 41 dərəcə isti olacaq
