"Bəzi peşələr yoxa çıxır" -Məleykə Abbaszadə

"Bəzi peşələr yoxa çıxır, yeniləri yaranır".
Adalet.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə "PeşəFest"in yekun tədbirində deyib.
O bildirib ki, gənclərin maraq göstərmədiyi ixtisaslarda ciddi çatışmazlıq yaranır:
"Gənclər nüfuzlu ixtisas əldə etmək istəyir. Bu gün prestij faydalı olmaq, problemləri həll etmək, işini bacarmaqdadır. Müasir çağırışları gənclər nəzərə alaraq özlərinə sual verməlidir".
DİM sədri əlavə edib ki, süni intellekt və avtomatlaşdırma ixtisasları bu günümüzdür:
"Bu reallıq əmək bazarındadır. Bəzi peşələr yoxa çıxır, yeniləri yaranır. Özünüinkişaf və davamlı öyrənmə prosesləri vacib bacarıqdır. Real imkanlara əsaslanaraq bacarıqlara yiyələnmək əmək bazarında uğura yola açacaq".
Digər Xəbərlər
31 Oktyabr 2025 15:16 Azərbaycan Universitetinin komandası ICPC-nin növbəti mərhələsinə vəsiqə qazanıb
29 Oktyabr 2025 15:39 Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Azərbaycan Universitetinin tələbələri ilə görüşüb
28 Oktyabr 2025 15:57 Artıq metrodan tələbə bileti ilə keçmək mümkündür - VİDEO
28 Oktyabr 2025 12:17 

Bakı -°C 










