Belçikalı hakim "Qarabağ"ın oyununu idarə edəcək

Belçikalı FIFA referisi Erik Lambrexts dördüncü dəfə "Qarabağ"ın avrokubok oyununa təyinat alıb.
Adalet.az xəbər verir ki, 41 yaşlı hakim daha əvvəl Azərbaycan çempionunun üç matçını idarə edib.
Belçikalı ədalət təmsilçisi "köhlən atlar"ın 2021-ci ildə Bakıda İsveçrə təmsilçisi "Bazel"lə qolsuz bərabərə qaldığı UEFA Konfrans Liqası qarşılaşmasında iş başında olub. O, 2022-ci ildə komandanın Almaniyada "Frayburq"a uduzduğu (1:2) və 2023-cü ildə Norveçdə "Molde" ilə heç-heçə (2:2) etdiyi UEFA Avropa Liqası oyunlarına da təyinat alıb.
Lambrexts "Neftçi"nin 2016-cı ildə UEFA Avropa Liqasının təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkendiya"ya uduzduğu (0:1) görüşü də idarə edib.
Baş hakim 2021-ci ildə Azərbaycanın əsas millisinin səfərdə Serbiyaya məğlub olduğu (1:3), 2018-ci ildə U-19 yığmasının İsrailə yenildiyi (1:3) və bu komandanın həmin il Lixtenşteynə qalib gəldiyi (3:0) matçlarda da iş başında olub.
Qeyd edək ki, "Benfika" - "Qarabağ" matçı sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Digər Xəbərlər

Çempionlar Liqasının rəsmi səhifəsində Qurban Qurbanovla bağlı PAYLAŞIM

“Neftçi”nin şikayəti təmin edilmədi

"Arnold" 1 ay oynaya bilməyəcək

Azərbaycan Kubokunun finalı bu stadionda olacaq

"Uşaq vaxtı oyunlara baxmaq üçün gəldiyim stadionda qol vurmaq fərqli hissdir"

İlham Əliyev "Qarabağı" təbrik etdi

Yankoviçin vəziyyəti açıqlandı
