Baş prokuror Lənkəranda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyunun 3-də, saat 10:00-da Lənkəran rayon prokurorluğunun inzibati binasında Lənkəran, Astara və Lerik rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Lənkəran rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
Digər Xəbərlər

"Ermənistanın "Smerç" atması nəticəsində yaralandım" - Zərərçəkmiş şəxs

Hərbi hissənin xidmət rəisinə cinayət işi açıldı - Yaxın adamı həbs edildi

Vardanyanın məhkəməsində zərərçəkmişlər danışdı - FOTOLAR

Baş Prokurorluq: Tikinti şirkəti paraatlet Elmir Cəbrayılovu aldadıb

Əfv sərəncamı 18 xarici vətəndaşa şamil olunub

Bakıda metro divarlarını yazan Fransa vətəndaşı əfv olundu - FOTO

Manukyan Azərbaycan ərazilərinin işğalında xarici ölkələrdən gələn şəxslərin iştirak etdiyini təsdiqləyib
