Bakının bəzi hissələrində tut ağaclarını qurd basıb

Son günlərdə paytaxtın bəzi ərazilərində əsas etibarilə tut ağaclarını qurd basması halları müşahidə olunur.
Adalet.az xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Belə ki, ağaclarda toplanan qurdlar, həyətlərə, yaşayış binalarına, yol kənarlarına da çıxır.
Məsələ ilə əlaqədar mütəxəssislər tərəfindən qurdların müşahidə edildiyi ərazilərə baxış keşirilib və müəyyən edilib ki, bu qurdlar Ağ Amerika kəpənəyinin tırtıllarıdır.
Qeyd edilib ki, bu kəpənək 120 növ bitkiyə, tut ağacının müxtəlif növlərinə, alça, alma, gavalı, ərik, armud, şaftalı, göyəm, itburnu, yasəmən, göyrüş, qovaq, qarağat və s. növlərə zərər verir. Abşeronda aparılan tədqiqat zamanı onun 30 növ bitki ilə qidalanması müəyyən olunub. Sözügedən həşaratların insan sağlamlığı üçün heç bir zərəri yoxdur.
"Amerika ağ kəpənəyi Azərbaycan üçün yeni invaziv növ olması nəzərə alınaraq, aşkar edildiyi təqdirdə, onun sayından asılı olmadan bütün ocaqlarının tamamilə məhv edilməsi üçün mübarizə tədbirləri tətbiq edilir. Qeyd edilənlərlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən tədbirlər planı hazırlanıb, ərazidə gündəlik monitorinqlər keçirilir və kəpənək qurdlarının aşkar edildiyi ərazilərdə xüsusi vasitələrlə dərmanlama işləri həyata keçirilir", - deyə məlumatda vurğulanıb.
Digər Xəbərlər
02 Noyabr 2025 10:31 İçərişəhərdə Zeytun Festivalı davam edir - FOTOLAR
31 Oktyabr 2025 19:20 Deyirlər pambıq sahələrdə qalıb...
31 Oktyabr 2025 17:13 Noyabrda bəzi yerlərdə havanın temperaturu 0-a enəcək
31 Oktyabr 2025 16:02 Bakıda niyə hər adam mənzil ala bilmir?
31 Oktyabr 2025 13:39 Qorxan gözə çöp düşər...
31 Oktyabr 2025 12:04 Sərnişindaşıma ilə məşğul olan avtomobil nəqliyyatı üçün yeni qaydalar
30 Oktyabr 2025 14:25 Növbəti köç karvanı Vəngli kəndinə çatdı - YENİLƏNİB
30 Oktyabr 2025 14:14 

Bakı -°C 






