Bakıda söküntü zamanı insident - Şirkətin ekskavatoru yandırıldı, həbs edilən var

"PİLOT-16" MMC-nin ekskavatorunu "molotov kokteyli" ilə yandıran şəxs məhkəmə zalında həbs edilib. Texnika sahibinə 210 min manat ziyan dəyib.
Adalet.az xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi 55 ünvanında yerləşən və Məhbubə Quliyeva Əli qızının adına olan mənzilin sökünütüsü ilə bağlı aylardır məhkəmə çəkişmələri davam edir.
Mənzil sahibi aralarında razılaşma olmadan şirkətin onlara məxsus evi qanunsuz olaraq sökdüyünü iddia edir. Buna görə tərəflər arasında məhkəmə çəkişməsi var.
Bu məhkəmə çəkişmələri davam edən ərəfədə daha bir insident baş verib. Məhbubə Quliyevanın qardaşı Əsəd şirkətə məxsus ekskavatoru yandırıb.
Bununla da şirkətə 210 min manat maddi ziyan dəyib.
Əsəd ifadəsində bildirib ki, gecə saatlarında şirkətin 10 nəfər işçisi onların evini sökmək istəyən zaman səs-küyə yuxudan oyanıb. Həyətə çıxan zaman işçilər onu görərək "vurun onu" deyib. Bundan sonra həyətə keçərək manqalda olan benzini götürərək üzərinə salfetka bağlayaraq onlara tərəf atıb. Əsədin sözlərinə görə məqsədi ekskavatoru yandırmaq yox, onları qorxutmaq olub.
Zərərçəkmiş tərəfin iddiasına görə dəymiş zərər 210 min manatdır.
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan Əsəd məhkəmə zalında həbs edilib. (Musavat.com)
Digər Xəbərlər

Qatarlar arasında interval azalıb

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Qurbanlıq heyvanlar bu ünvanlarda kəsiləcək

Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Azərbaycanda cərimələrə 10 faizlik güzəşt tətbiq ediləcək

Sürücülərin nəzərinə: Cərimələrlə bağlı yenilik olacaq

Qurban bayramı ilə bağlı heyvan kəsimi məntəqələrinə xəbərdarlıq
