Bakıda qəzalı vəziyyətdə olan məktəblə bağlı AÇIQLAMA

Yeni Günəşlidə yerləşən 275 nömrəli tam orta məktəbdə ayaqyolunun tavan hissəsinin qəzalı vəziyyətdə olması ilə bağlı görüntülər yayılıb.
Adalet.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, qeyd edilən məsələ ilə bağlı məktəbə baxış keçirilməsi, müvafiq təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.
"Təhsil müəssisələrində təmirə ehtiyac olan məsələlər diqqət mərkəzində saxlanılır. Qeyd edək ki, məktəb infrastrukturunun yenilənməsi və məktəb şəbəkəsinin genişləndirilməsi baxımından davamlı tədbirlər, sosial inkişafa xidmət edən proqramlar həyata keçirilməkdədir. Bu tədbirlər təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, təhsildə keyfiyyətin yüksəldilməsinə xidmət edir", - məlumatda qeyd olunub.
Digər Xəbərlər
31 Oktyabr 2025 15:16 Azərbaycan Universitetinin komandası ICPC-nin növbəti mərhələsinə vəsiqə qazanıb
29 Oktyabr 2025 15:39 Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Azərbaycan Universitetinin tələbələri ilə görüşüb
28 Oktyabr 2025 15:57 Artıq metrodan tələbə bileti ilə keçmək mümkündür - VİDEO
28 Oktyabr 2025 12:17 

Bakı -°C 










