Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
Türkiyə Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünə həsr olunan “Çanaqqaladan Bakıya – Ortaq Mədəniyyət” sərgisi oktyabrın 26-da Bakıda açılacaq.
Adalet.az xəbər verir ki, Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə təşkil olunan sərginin açılışı saat 17:00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək.
Layihə Türkiyə ilə Azərbaycan arasında mövcud olan tarixi, mədəni və mənəvi bağların sənət vasitəsilə təbliğini, iki qardaş ölkənin ortaq mədəni irsinin tanıdılmasını və mədəni əməkdaşlığın daha da möhkəmləndirilməsini hədəfləyir.
Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu, Ezine Kaymakamlığı, Çanaqqala On Səkkiz Mart Universiteti, Ezine Bələdiyyəsi, Geyikli Bələdiyyəsi, Ezine Xalq Təhsili Mərkəzi, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı, Şamaxı Yaradıcılıq Mərkəzi və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının iştirakı ilə təşkil olunur.
Sərginin Türkiyə ilə Azərbaycan arasında ortaq tarixi və mədəni dəyərlərin təbliğinə, xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərinin sənət vasitəsilə daha da möhkəmlənməsinə töhfə verəcəyi gözlənilir.
Digər Xəbərlər
31 Oktyabr 2026 15:36
Bir ağacın budaqları - Tərlanə Yaqubqızı yazır
31 Oktyabr 2026 10:57
“Yaradılışın erkək başlanğıclı olması Afrika kültürünün mirasıdır...”
30 Oktyabr 2026 18:04
Hərkəsin daxilində açılmalı bir tövbə qapısı var
30 Oktyabr 2026 11:23


Bakı -°C

