Bakı-Qəbələ-Bakı qatarının qrafiki yenilənir

Payız-qış mövsümü ilə əlaqədar olaraq Bakı-Qəbələ-Bakı sərnişin qatarının qrafiki yenilənir.
Adalet.az xəbər verir ki, bununla bağlı Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.
Bildirilib ki, 11 oktyabrdan etibarən qatar Bakıdan Qəbələyə yalnız həftənin şənbə günü, Qəbələdən Bakıya isə yalnız həftənin bazar günü yola düşəcək.
Biletlər və hərəkət cədvəli haqqında məlumatı (www.ady.az) saytından, “ADY Mobile” tətbiqindən və 7/24 fəaliyyət göstərən 1822 Çağrı Mərkəzindən öyrənə bilərsiniz.
Digər Xəbərlər

Bu arayışları da “ASAN xidmət” verəcək

"802" xidmətinin maddi-texniki bazası gücləndiriləcək

Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiqlənib

45 mindən çox əcnəbi Azərbaycanda qeydiyyata alınmaq üçün müraciət edib

Baş nazir bu institutun adını dəyişdirdi

“İşğaldan azad edilən ərazilərimizdə 140 min vətəndaşımız məskunlaşacaq”

Xüsusi təyinatlıların iştirak etdiyi çoxmillətli təlim BAŞA ÇATDI - FOTOLAR
