12 May 2025 18:18
93
GÜNDƏM

Bakı-Qəbələ-Bakı istiqamətində səyahət edənlərin NƏZƏRİNƏ

Azərbaycan Dəmir Yolları (ADY) QSC yay aylarında Qəbələyə rahat və təhlükəsiz səyahət imkanlarını artırır.

ADY-dən Adalet.az-a bildirilib ki, həftəsonu istirahətini Böyük Qafqaz sıra dağlarının ətəyində keçirmək istəyənlər üçün mayın 31-dən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək.

Belə ki, qatarlar saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da Qəbələdən Bakıya hərəkət edəcək.