Bakı metrosu 100 milyon manatdan çox gəlir əldə etdi

"Bakı Metropoliteni" QSC-nin ötən il üzrə sərnişin daşımalarından əldə etdiyi gəlir 100 milyon 437,6 min manat təşkil edib.
Adalet.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-cü ilin göstəricisindən 20,3 % çoxdur.
Ötən il metropoliten xidmətlərindən 229 milyon 584,2 min nəfər (4,6 % çox) istifadə edib.
Xatırladaq ki, Bakıda metropoliten 1967-ci ildən fəaliyyət göstərir. Hazırda “Bakı Metropoliteni” üç xətdən (yaşıl, qırmızı və bənövşəyi) və 27 fəaliyyət göstərən stansiyadan ibarətdir.
Digər Xəbərlər

Marketlər bizi niyə aldadır?!

Türkiyə Suriyaya qaz nəql edəcək

Yasamalda küçə ticarətinə göz yumurlar...

Daha 55 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

"Qarabağın bərpasına 18 milyard manatdan çox vəsait ayrılıb" - Deputat

4 ayda vətəndaşlara 56 milyon manata yaxın ƏDV geri qaytarılıb

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi- FOTOLAR
