“AzInTelecom”un superkompüter infrastrukturundan istifadə genişlənir
AZCON Holdinq şirkətlərindən olan “AzInTelecom” MMC-nin qurduğu Superkompüter Mərkəzinin imkanlarından aktiv şəkildə istifadə edilir.
Adalet.az xəbər verir ki, süni intellekt (Sİ) həllərinin hazırlanması və tətbiqi üçün geniş imkanlar təqdim edən bu infrastrukturun bir sıra dövlət qurumları və aparıcı təşkilatlar tərəfindən istifadə olunmasına başlanılıb. Hazırda mövcud resurslardan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Milli Süni İntellekt Mərkəzi, ABB və test rejimində olmaqla daha iki qurum yararlanmaqdadır.
Superkompüter infrastrukturunda tətbiq olunan “NVIDIA H200 GPU” çipləri böyükhəcmli məlumatların yüksək sürətlə emalına imkan verir və ənənəvi kompüterlərlə müqayisədə əhəmiyyətli üstünlük təmin edir. Bu da öz növbəsində Sİ layihələrinin ölkə daxilində, xarici resurslardan asılılıq olmadan inkişaf etdirilməsinə şərait yaradır.
Qeyd edək ki, layihənin əsas məqsədi ölkədə süni intellekt texnologiyalarının tətbiqini genişləndirmək, bu sahədə inkişafı sürətləndirmək və rəqəmsal transformasiyaya töhfə verməkdir. “AzInTelecom” tərəfindən superkompüter infrastrukturunun genişləndirilməsi məqsədilə əlavə “GPU” resurslarının təmin olunması istiqamətində işlər davam etdirilir.
Digər Xəbərlər
20 Aprel 2026 16:34
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıldı
14 Aprel 2026 15:43
Bakcell-in baş icraçı direktoru vəzifəsindən ayrıldı
13 Aprel 2026 09:30
"Google" və "Intel" əməkdaşlığı genişləndirir
10 Aprel 2026 09:35
ETX Macarıstandan daxil olan müraciət əsasında araşdırma aparıb
06 Aprel 2026 16:36
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
05 Aprel 2026 16:08
Çin şirkətləri ABŞ ordusu barədə "kəşfiyyat məlumatları" satmağa başlayıblar
02 Aprel 2026 16:36
Azərbaycanda TikTok istifadəçiləri üçün YENİ QAYDA
01 Aprel 2026 17:39


Bakı -°C

