24 Oktyabr 2025 15:37
87
GÜNDƏM

Azərsun AQTA yanında Məşvərət Şurasının çağırış kampaniyasına qoşuldu - VİDEO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir.

Adalet.az xəbər verir ki, kampaniya çərçivəsində hazırlanan növbəti videoçarxda Şuranın üzvü, “Azərsun Holdinq” MMC-nin Baş icraçı direktoru Savaş Uzan qida sənayesində təhlükəsizliyin təmin olunmasında kompleks yanaşmanın və dəyərlər sisteminin vacibliyindən bəhs edir.

O vurğulayır ki, xammalın alınmasından emala, qablaşdırmadan logistikaya qədər hər mərhələ qida təhlükəsizliyinə birbaşa təsir göstərir. Əsas məqsəd təkcə texnoloji ardıcıllığı qorumaq deyil, istehlakçının inamını möhkəmləndirən şəffaf və davamlı nəzarət sistemləri formalaşdırmaqdır.

İstehlakçının etimadı yalnız dad və görünüşlə deyil, məhsulun təhlükəsizliyinə olan güvənlə qazanılır. Bu isə sahibkarın həm dövlət, həm də cəmiyyət qarşısında sosial məsuliyyətidir.

Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!