“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər - FOTOLAR
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində “Kyrgyzaltyn” ASC-nin İdarə Heyətinin sədri Kubat Abdraimov ilə görüş keçirilib.
Adalet.az xəbər verir ki, Bişkek şəhərində keçirilən görüşdə “AzerGold” QSC ilə “Kyrgyzaltyn” ASC arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında 31 iyul 2026-cı il tarixində Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilmiş Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının üçüncü iclası çərçivəsində, hər iki ölkənin dövlət başçılarının iştirakı ilə imzalanmış Memorandumdan irəli gələn məsələlər, dağ-mədən sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və potensial birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Zakir İbrahimov dövlət başçılarının liderliyi və siyasi iradəsi nəticəsində Azərbaycan ilə Qırğızıstan arasında formalaşmış dostluq və qardaşlıq münasibətlərinin iqtisadi əlaqələrin, o cümlədən dağ-mədən sənayesi üzrə tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını bildirib.
Görüş zamanı “AzerGold”un geoloji kəşfiyyat, yataqların qiymətləndirilməsi, hasilat və emal sahəsində qazandığı təcrübə barədə məlumat verilib. Həmçinin Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan geoloji-kəşfiyyat işləri, müasir aeroelektromaqnit və digər qeyri-invaziv kəşfiyyat metodlarının uğurla tətbiqi barədə məlumat diqqətə çatdırılıb.
Bildirilib ki, “AzerGold” ölkə hüdudlarından kənarda fəaliyyətinin genişləndirilməsini strateji prioritetlərindən biri kimi müəyyən edib və bu istiqamətdə Mərkəzi Asiya regionunda birgə dağ-mədən və geoloji kəşfiyyat layihələrinin həyata keçirilməsi imkanlarını araşdırır.
Z.İbrahimov bildirib ki, şirkət qızıl və digər faydalı qazıntı yataqlarının kəşfiyyatı və istismarı, müasir geoloji tədqiqat metodlarının tətbiqi istiqamətlərində əməkdaşlığa hazırdır.
“Kyrgyzaltyn” ASC-nin İdarə Heyətinin sədri Kubat Abdraimov Qırğızıstanın dağ-mədən sənayesində son illərdə həyata keçirilən islahatlar, “Kyrgyzaltyn” ASC-nin mövcud layihə portfeli və sektorun inkişaf perspektivləri barədə məlumat verib. O, dövlət şirkətinin strukturunun təkmilləşdirilməsi, törəmə müəssisələrin fəaliyyət imkanlarının genişləndirilməsi və yeni layihələrin reallaşdırılması istiqamətində görülən işlərdən danışıb.
K.Abdraimov Qırğızıstanda son beş il ərzində dağ-mədən sənayesinin iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrildiyini bildirib. Onun sözlərinə görə, 2020-ci ildən etibarən sektorda genişmiqyaslı islahatlar həyata keçirilib, investisiyaların cəlb edilməsi və beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində mühüm addımlar atılıb.
“Kyrgyzaltyn” ASC-nin rəhbəri “AzerGold” ilə əməkdaşlıq məsələsinə də toxunaraq, Azərbaycan tərəfinin əməkdaşlıq və qarşılıqlı dəstək təklifinin “Kyrgyzaltyn” tərəfindən müsbət qarşılandığını bildirib. O, aparılan müzakirələrin nəticəsində yeni əməkdaşlıq imkanlarının ortaya çıxa biləcəyini və mövcud perspektivli layihələrin tərəflər arasında birgə nəzərdən keçiriləcəyini qeyd edib.
Tərəflər perspektivli yataqlar üzrə birgə müəssisələrin yaradılması, investisiya modelləri, geoloji kəşfiyyat nəticələrinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi, eləcə də yeni layihələrin maliyyələşdirilməsi imkanları ətrafında geniş fikir mübadiləsi aparıblar. Görüşün yekununda tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə müzakirələrin davam etdirilməsi və əməkdaşlığın praktiki layihələrlə genişləndirilməsi barədə razılığa gəliblər.
Digər Xəbərlər
15 Sentyabr 2026 11:34
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
15 Sentyabr 2026 10:36
Səfirlik əməkdaşları Şəhidlər xiyabaında - FOTO
15 Sentyabr 2026 10:16
“Əhli Beytin vəhdət ənənəsində İmam Muhəmməd Baqirin rolu”
15 Sentyabr 2026 09:54
“15 sentyabrın paytaxt günü elan olunmasına ümid edirik”
15 Sentyabr 2026 00:01
Bakının işğaldan azad edilməsindən 108 il ötür
14 Sentyabr 2026 18:20
Bu yollarda tıxac var - SİYAHI
14 Sentyabr 2026 17:19
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
14 Sentyabr 2026 16:33


Bakı -°C

