Azərbaycanlı tələbələr Avropa Universitetləri Futzal Çempionatının qalibi olub - FOTOLAR

Xorvatiyanın paytaxtı Zaqrebdə tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatının final oyunu keçirilib.
Adalet.az xəbər verir ki, beynəlxalq yarışda ölkəmizi təmsil edən Azərbaycan İdman Akademiyasının komandası finalda İspaniyanın Valensiya Universitetinin komandasını 7:2 hesabı ilə məğlub edərək çempionatın qalibi olub.
Komandamızın oyunçusu Ağaseyid Seyidov isə çempionatın ən yaxşı qapıçısı seçilib.
Komandamızın Avropa çempionatında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə həyata keçirilib. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası 2008-ci ildən Avropa Tələbə İdmanı Assosiasiyasının (EUSA) üzvüdür.
Digər Xəbərlər

Messi və Alba cəzalandırıldı

Endrik "Real"ı tərk edə bilər

İlin ilk dünya çempionatına yollanacaq güləşçilərimiz bəlli oldu

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişmədi

ANADIR ARZULARA HƏR ZAMAN «QARABAĞ»,OXUYAN DİL-DODAĞI QURBAN XOCA VƏ AT AĞIZLI OĞULLAR

Şvaynştayqer boşandı

Konfrans Liqası: “Zirə” bu gün Xorvatiya klubunu qəbul edəcək
