"Azərbaycanın şirin su ehtiyatları azalıb" - Zaur Mikayılov

Son 40-45 ildə Azərbaycanın şirin su ehtiyatları 25 % azalıb.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) üçüncü günündə bildirib.
Onun sözlərinə görə, 1980-ci illərdən bəri Xəzər dənizinin səviyyəsi iki metrə yaxın aşağı düşüb, Kür çayının suyu isə oxşar həcmdə azalıb. Bunlar, bölgəmizdə iqlim dəyişikliyinin canlı sübutlarıdır. Su ehtiyatlarının azalması fonunda içməli su və suvarma şəbəkələrində itkilər hələ də yüksəkdir, əhalinin yalnız üçdə biri müasir tullantı su xidmətlərinə çıxış əldə edir".
Digər Xəbərlər

"İqlim həm də imkanları ortaya çıxarır" - Muxtar Babayev

“Azərsun Holdinq” COP29-un nəticələrini rəhbər tutaraq innovativ yanaşmalar tətbiq edir

"Prokurorluğun fəaliyyətində müəyyən nöqsanlar var" - Kamran Əliyev
