Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılıb

Bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının bir sıra dövlət xadimləri adından “deep fake” texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlamalar yayılıb.
Bu barədə Adalet.az-a MEDİA-dan məlumat verilib.
"Müəyyən dairələr tərəfindən süni intellektin köməyi ilə hazırlanan və informasiya mühitində yayılan silsilə xarakterli saxta videogörüntülər ictimai rəyi çaşdırmağa yönələn kobud manipulyasiya nümunəsidir.
Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq.
Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep fake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik", - məlumatda qeyd olunub.
Digər Xəbərlər

Media subyektinin təsis edilməsi zamanı adla bağlı yeni tələblər qoyulub

Media subyektləri bu halda Reyestrdən çıxarılacaq

Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər müəyyənləşdi

Bu qəzetlər 5 min manat cərimə olunacaq - TƏSDİQLƏNDİ

“MEDİA Könüllü”lərinə təşəkkürnamələr verilib - FOTOLAR

"Ədalət" qəzetinin iki əməkdaşı MEDİA-nın müsabiqəsində qalib oldu

MEDİA "fərdi jurnalist müsabiqəsi"nin nəticələrini açıqladı
