Azərbaycanda vəkillərin sayı açıqlandı
Azərbaycanda hazırda 2 867 vəkil fəaliyyət göstərir.
Adalet.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə qəbul olan yeni namizədlərin təntənəli andiçmə mərasimində deyib.
Anar Bağırov qeyd edib ki, bu gün and içərək Kollegiyaya üzv qəbul olunmaq üçün daha 50 namizəd qatılıb:
"Yeni qəbul olunan namizədlərdən 35 nəfəri kişi, 15 nəfəri qadındır. Onlardan 6 nəfəri regionlarda, 44 nəfəri isə paytaxtda fəaliyyət göstərəcək".
Kollegiya sədri bildirib ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi daha da genişləndirilib və bu müddət ərzində ümumilikdə 16 test imtahanı keçirilib, həmin imtahanlarda 6 893 namizəd iştirak edib.
Digər Xəbərlər
06 Aprel 2026 11:46
Kamran Əliyev Nizami rayonunda vətəndaşları qəbul edəcək
31 Mart 2026 13:55
"Daşkəsəndə zorakılıq iddiası üzrə istintaq davam edir" - Baş Prokurorluq
17 Mart 2026 15:39
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq
16 Mart 2026 12:07


Bakı -°C

