Azərbaycanda süni intellektli “Aysu” təqdim edildi - Nə edəcək? - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi rəqəmsal transformasiya, innovativ idarəetmə və ictimaiyyətlə kommunikasiyanın müasir texnologiyalar əsasında inkişaf etdirilməsi istiqamətində yeni layihəsini təqdim edib.
Adalet.az xəbər verir ki, agentliyin süni intellekt əsaslı rəqəmsal siması Aysu həyata keçirilən layihələr, göstərilən xidmətlər, tətbiq olunan texnoloji həllər və yeniliklər barədə məlumatların ictimaiyyətə daha aydın və operativ formada çatdırılmasına xidmət edəcək.
Aysu Agentliyin xidmətlərinin, layihələrinin və innovativ təşəbbüslərinin videoçarxlar, posterlər, məlumatlandırıcı paylaşımlar və digər kommunikasiya materialları vasitəsilə ictimaiyyətə çatdırılmasına dəstək verəcək.
Rəqamsal sima vasitəsilə su ehtiyatlarının idarə olunması, içməli su təchizatı, tullantı sularının idarə edilməsi, infrastruktur layihələrinin icrası, ekoloji dayanıqlılıq, sudan səmərəli istifadə və rəqəmsal transformasiya kimi mövzular əhatə ediləcək.
Növbəti mərhələlərdə Aysunun süni intellekt əsaslı interaktiv ünsiyyət və xidmət imkanları daha da genişləndiriləcək. Bu çərçivədə müəyyən xidmətlər üzrə sorğuların süni intellekt dəstəyi ilə birbaşa cavablandırılması, vətəndaş müraciətlərinə daha operativ baxılması və müraciətlərə baxılma müddətinin qısaldılması üçün müvafiq həllər tətbiq olunacaq.
Layihənin tətbiqi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müasir texnologiyaların tətbiqinə, məlumat əsaslı idarəetmənin inkişafına və vətəndaş yönümlü xidmətlərin rəqəmsal mühitdə təkmilləşdirilməsinə verdiyi önəmin göstəricisidir.
Digər Xəbərlər
15 Sentyabr 2026 10:55
“Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
15 Sentyabr 2026 10:21
Süni intellekt həqiqətən bu qədər təhlükəli gücə çatıb?
14 Sentyabr 2026 09:17
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
09 Sentyabr 2026 06:39
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
08 Sentyabr 2026 11:25
“Bakcell” “Peerstack Academy” tələbələri üçün hakaton keçirdi - FOTOLAR
08 Sentyabr 2026 07:02
Süni intellekt bu peşəni sərt şəkildə vurdu: 40 min gənc bir gecədə işsiz qaldı
04 Sentyabr 2026 11:12
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
01 Sentyabr 2026 08:27


Bakı -°C

