Azərbaycanda bu şəxslər eyni maaş alacaq - Yeni tələb
Azərbaycanda iş yerləri cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borclu olacaq.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsi hesab ediləcək.
İşəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borclu olacaq.
İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən ediləcək.
Digər Xəbərlər
06 Aprel 2026 17:40
İşsiz qadınların nəzərinə - Qeydiyyat başladı
06 Aprel 2026 17:12
Azərbaycandan gilas tinglərinin Özbəkistana ixracına icazə verilib
06 Aprel 2026 13:54
Heydərov bu dəfə sürüşmə təhlükəsi olan ərazidə - VİDEO
06 Aprel 2026 09:46


Bakı -°C

