Azərbaycanda avtomobillər bahalaşa bilər - VİDEO
Gürcüstanda son illərdə avtomobillərin sayı kəskin şəkildə artıb. 2012-ci ildə ölkədə 864 min nəqliyyat vasitəsi qeydiyyatda idisə, ötən il bu rəqəm 2 milyonu ötüb. Hökumət hesab edir ki, avtomobillərin sayındakı artım həm tıxacların çoxalmasına, həm də ekoloji vəziyyətin pisləşməsinə səbəb olur. Məhz buna görə də hökumət 6 ildən köhnə avtomobillərin Gürcüstana idxalına məhdudiyyət tətbiq etməyə hazırlaşır.
Adalet.az Xəzər TV-yə istinadən xəbər verir ki, avtomobil sektoru üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, əgər Gürcüstanda daxili qeydiyyatla bağlı məhdudiyyətlər tətbiq olunarsa, iri avtomobil alıcıları alış prosesində daha ehtiyatlı davranacaqlar. Bu isə xüsusilə 6-10 il arası avtomobillər üzrə qısamüddətli təklifin azalmasına səbəb ola, qiymətlərin yüksəlməsinə gətirib çıxara bilər.
Ekspertin sözlərinə görə, Gürcüstan 2025-ci ildə ölkəyə 3 milyard 870 milyon dollar dəyərində avtomobil idxal edib. Həmin il ölkədən 2 milyard 800 milyon dollar dəyərində avtomobil yenidən ixrac olunub. O qeyd edib ki, ötən ilin sonundan etibarən yenidən ixrac edilən nəqliyyat vasitələrinin Gürcüstanda bahalaşması qiymətlərin müəyyən qədər artmasına gətirib çıxarıb.
Digər Xəbərlər
07 Mart 2026 17:57
Axşam saat 22- dən sonra...
07 Mart 2026 12:43
Avtomobil ustalarının fırıldağı: Ehtiyat hissəsini bir maşından oğurlayıb, digərini təmir edirmişlər
06 Mart 2026 08:38
Bakıda bu yollarda tıxac var - SİYAHI
04 Mart 2026 12:18


Bakı -°C

