Azərbaycanda adı olmayan yaşayış məntəqəsi - VİDEO

Tovuzda təxminən 300 nəfərin yaşadığı ərazinin adı yoxdur.
Adalet.az xəbər verir ki, bu ərazi Qəribli kənd inzibati ərazi dairəsinə tabedir. Sakinlərin sözlərinə görə, burada hələ Sovet dövründən bəri yaşayış mövcuddur. Müstəqillik illərində isə bir qrup ailə dağlıq ərazidən arana köçərək burada məskunlaşıb.
Yaşayış məntəqəsində təbii qaz, elektrik enerjisi, internet və rabitə xətləri mövcuddur. Lakin rəsmi statusunun və adının olmaması, sakinlərin gündəlik həyatını xeyli çətinləşdirir.
Sakinlər bildirirlər ki, əvvəllər burada uşaq bağçası, tibb məntəqəsi fəaliyyət göstərib, lakin indi heç biri yoxdur:
"Kəndimizin nə adı var, nə də statusu. Dəfələrlə müraciət etmişik ki, bu kəndə rəsmi ad verilsin, amma heç bir nəticə yoxdur".
Yaşayış məntəqəsi Qəribli kəndindən təxminən 7 kilometr məsafədədir. Buna görə də sakinlər adi sənəd üçün belə uzaq məsafə qət etməli olurlar. Məktəb olmadığı üçün uşaqlar yaxınlıqdakı 140 saylı kənd məktəbində oxumağa məcburdurlar.
Məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, Azərbaycan Respublikasının ərazi quruluşu prinsiplərinə əsasən, kiçik ərazi vahidlərinin daha böyük inzibati vahidlərin tərkibində qalması məqsədəuyğundur. Buna görə də Qəribli kəndinin tərkibində olan həmin yaşayış məntəqəsinin ayrıca kənd kimi tanınması və adlandırılması planlaşdırılmır.
Mövzu ilə bağlı daha ətraflı Xəzər TV-nin videomaterialında:
Digər Xəbərlər
02 Noyabr 2025 10:31 İçərişəhərdə Zeytun Festivalı davam edir - FOTOLAR
31 Oktyabr 2025 19:20 Deyirlər pambıq sahələrdə qalıb...
31 Oktyabr 2025 17:13 Noyabrda bəzi yerlərdə havanın temperaturu 0-a enəcək
31 Oktyabr 2025 16:02 Bakıda niyə hər adam mənzil ala bilmir?
31 Oktyabr 2025 13:39 Qorxan gözə çöp düşər...
31 Oktyabr 2025 12:04 Sərnişindaşıma ilə məşğul olan avtomobil nəqliyyatı üçün yeni qaydalar
30 Oktyabr 2025 14:25 Növbəti köç karvanı Vəngli kəndinə çatdı - YENİLƏNİB
30 Oktyabr 2025 14:14 

Bakı -°C 






