Azərbaycan və Monteneqro arasında konsulluq məsləhətləşmələri keçirilib

3 iyun 2025-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının və Monteneqronun Xarici İşlər Nazirlikləri arasında konsulluq məsləhətləşmələri keçirilib.
XİN-dən Adalet.az-a verilən xəbərə görə, konsulluq məsləhətləşmələrində Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Monteneqro nümayəndə heyətinə isə Monteneqro Xarici İşlər Nazirliyinin Konsulluq əlaqələri və diasporla əməkdaşlıq üzrə baş direktoru İvana Djukanoviç rəhbərlik edib.
Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə edilib.
Bundan əlavə, Azərbaycan Respublikası və Monteneqro vətəndaşlarının hüquq və qanuni mənafelərinin qorunması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub, konsulluq sahəsində rəqəmsal xidmətlərin və proseslərin tətbiqinə dair qabaqcıl təcrübənin bölüşülməsi, o cümlədən hər iki ölkənin viza siyasəti barəsində fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası ilə Monteneqro arasında hüquqi yardım, əmək, sosial müdafiə, turizm və s. kimi sahələrdə əməkdaşlığın inkişafı üçün bir sıra təkliflər müzakirə edilib, müvafiq istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə dair razılıq ifadə olunub.
Digər Xəbərlər

MDB iclasında Şərqi Zəngəzur və Qarabağın enerji potensialı barədə məlumat verilib

Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib

Böyük müharibələrdən ABŞ qazanclı çıxır… - Səxavət Məmməd yazır
