Azərbaycan və BMT mədəniyyətlərarası dialoqu müzakirə edib
Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov və BMT-nin baş katibinin gənclərlə iş üzrə köməkçisi - BMT-nin Gənclərlə İş üzrə İdarəsinin rəhbəri Felipe Paulyer mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı müzakirə ediblər.
Adalet.az xəbər verir ki, bu barədə BMT-nin Gənclərlə İş üzrə İdarəsi "X" sosial şəbəkəsində məlumat verilib.
"Mədəniyyət və gənclər sülhün və dialoqun möhkəmləndirilməsinə töhfə verir. BMT-nin baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paulyer Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərovla BMT-nin Gənclərlə İş üzrə İdarəsi ilə tərəfdaşlıq, mədəniyyətlərarası dialoq, gənclərin psixi sağlamlığı və yaradıcı sənayelər sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib", - məlumatda bildirilib.
Digər Xəbərlər
02 Mart 2026 09:57
Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində - FOTOLAR
27 Fevral 2026 12:14
“Addım-addım vətəndə” layihəsi Gəncədə
26 Fevral 2026 09:10
Xocalı: Unudulmaz yaddaşın musiqi ilə danışdığı axşam
25 Fevral 2026 18:50


Bakı -°C

