Azərbaycan Universitetində Təhsil Tələbə Krediti Fondunun infosessiyası keçirilib - FOTOLAR
Azərbaycan Universitetində Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən ödənişli əsaslarla təhsil alan tələbələr və fakültələrin məsul şəxsləri üçün infosessiya təşkil olunub. Tədbirin əsas məqsədi I kurs tələbələrini fondun fəaliyyəti ilə tanış etmək, tələbə kreditlərinin verilməsi, güzəştlər və geri ödəniş prosesi barədə məlumatlandırmaq olub.
İnfosessiyada Təhsil Tələbə Krediti Fondunun Təhsil müəssisələri ilə iş şöbəsinin böyük mütəxəssisi İlkanə Həmidli geniş təqdimatla çıxış edib. Təqdimatda qeyd olunub ki, TTKF Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 2021-ci ildə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb, həmin il e-ttkf.edu.az elektron portalı istifadəyə verilərək tələbə müraciətlərinin qəbuluna başlanıb. Fond təhsilə əlçatanlığın artırılması, bərabər imkanların yaradılması, müəyyən səbəblərlə təhsilində çətinlik yaşayan tələbələrin dəstəklənməsi və ali təhsilin davamlı inkişafına töhfə verilməsi istiqamətində mühüm işlər həyata keçirir.
İlkanə Həmidli təhsil kreditinin növləri, müraciət qaydaları, sənədləşməyə qoyulan tələbləri, geri ödəniş prinsipləri, elektron informasiya sistemi, tələbələr üçün yaradılan əlavə imkanlar barədə geniş və ətraflı məlumat verib, sistemin təhsilə əlçatanlığın artırılmasına verdiyi töhfələri xüsusi vurğulayıb.
İnfosessiya çərçivəsində tələbələrin və universitet əməkdaşlarının sualları cavablandırılaraq həm iştirakçılar üçün faydalı informasiya mühiti yaradılıb, həm də təhsil kreditləri sisteminin effektivliyi və onun təhsilin inkişafına verdiyi töhfə bir daha təsdiqlənib.
Qeyd edək ki, 2021-2025-ci illər ərzində Azərbaycan Universitetindən Təhsil Tələbə Krediti Fonduna 1889 kredit müraciəti daxil olub və 1631 müqavilə rəsmiləşdirilib.
Digər Xəbərlər
24 Dekabr 2025 10:21
İsmayıllıda yerləşən qaçqın və məcburi köçkün məktəbin statusu dəyişdirilib
23 Dekabr 2025 14:42
Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binası istifadəyə verildi
23 Dekabr 2025 14:15
Köməkçi vasitələrlə imtahana girənlərdən 9-un nəticəsi ləğv edildi
23 Dekabr 2025 10:17
47 mindən çox şagirdin elektron sistemlə yerdəyişməsi aparılıb
20 Dekabr 2025 15:00
“600 bal toplayan 200 nəfərin göstəricisini ləğv etmişik” - DİM sədri
18 Dekabr 2025 12:33
"Ali təhsil müəssisələri rəqabətə hazır olmalıdırlar" - Nazir
18 Dekabr 2025 12:05
Təhsilin İnkişafı Fonduna yeni sədr təyin olundu
18 Dekabr 2025 10:45


Bakı -°C

