Azərbaycan Universitetində magistratura səviyyəsi üzrə yeni ixtisas açılıb

Azərbaycan Universitetinin 2025/2026-cı tədris ili üçün magistratura səviyyəsi və MBA proqramı (Biznesin idarə edilməsi) üzrə qəbul planı təsdiqlənib.
Qəbul planına əsasən magistratura səviyyəsində 10 ixtisas və 19 ixtisaslaşma, MBA proqramında isə 4 ixtisaslaşma üzrə qəbul aparılacaq. Magistratura səviyyəsinə ümumilikdə 213 tələbə qəbulu nəzərdə tutulub. Plan yerlərində 173-ü Azərbaycan, 40-ı isə ingilis bölməsinin payına düşür.
Yeni tədris ilinin qəbul planına yeni ixtisaslaşma da əlavə olunub. Belə ki, cari tədris ilindən Təhsil psixologiyası ixtisaslaşmasına da tələbə qəbulu aparılacaq.
Qəbul qaydalarında da yenilik tətbiq edilir. Bank işi və Gənclərlə iş ixtisaslaşmalarında təhsil müddəti bu ildən başlayaraq 1.5 ildir. Bu ixtisaslaşmalar üzrə magistrlik dissertasiyasının müdafiəsi nəzərdə tutulmadığından məzun təhsilini doktoranturada davam etdirə bilməyəcək.
MBA proqramının ingilisdilli Marketinq istiqaməti üzrə kadr hazırlığı İtaliyanın Tuscia Universiteti ilə birgə ikili diplom proqramı çərçivəsində aparılır. Təhsillərini uğurla başa vuran tələbələrə müvafiq ixtisas üzrə magistr dərəcəsi verilir və ali təhsil müəssisələrinin diplomları təqdim olunur.
Magistratura səviyyəsi üzrə qəbul planı ilə aşağıda tanış ola bilərsiniz.
https://au.edu.az/az/admission/magistraturaya-qebul
Digər Xəbərlər

Bu gün MİQ imtahanları başlayır

Rus dilində təhsil dayandırılır? - Nazirlikdən AÇIQLAMA

Magistraturaya daxil olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xaricdən Azərbaycan universitetlərinə köçürülmək istəyənlərin NƏZƏRİNƏ!

DİM Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı keçirəcək

II və III qruplara imtahan verəcək abituriyentin nəzərinə!

Azərbaycandan 500 gənc xaricdə təhsil alacaq
