"Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür" - RƏSMİ

Son vaxtlar davam edən anomal istilər ilə əlaqədar Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında istivurma və günvurma hallarının qarşısının alınması məqsədilə birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində bir sıra tədbirlər həyata keçirilib.
Müdafiə Nazirliyindən Adalet.az-a bildirilib ki, hərbi qulluqçuların istivurma və günvurmadan qorunması, profilaktıkası, tibbi yardımın göstərilməsi, sanitariya maarifi işlərinin aparılması sistematik təşkil olunub və nəzarət gücləndirilib.
Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri günəş şüalarının birbaşa düşdüyü ərazidə deyil, əsasən kölgəlikdə keçirilir, hərbi qulluqçular kazarma şəraitində yerləşdirilir və açıq səma altında görülən xidməti işlərə cəlb olunmur.
Əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, digər xidməti və inzibati otaqlarda kondisionerlər quraşdırılıb. Bütün otaqlarda ikitərəfli hava axınının olması nəzarət altında saxlanılır.
Bununla yanaşı, hərbi hissələrdə sərin su duşları, əlavə su təchizatı məntəqələri yaradılıb, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilib.
Digər Xəbərlər

Vilayət Eyvazov işğaldan azad olunmuş ərazilərlə bağlı tapşırıqlar verdi - FOTO

“ASAN xidmət” BMT-də növbəti dəfə təqdim olunub

Əli Əsədov QƏRAR İMZALADI

“AzerGold” QSC-nin əməkdaşı “Yüksəliş” müsabiqəsinin qalibi olub

Qusman İlham Əliyevdən nə soruşmuşdu? - DETALLAR

Hakan Fidan və Səlcuk Bayraktar “IDEF 2025” sərgisində “Azərsilah”ın stendini ziyarət ediblər

Dövlət Komitəsi ilə Müqəddəs Taxt-Tac arasında Memorandum imzalanacaq
