Azərbaycan musiqi irsinin araşdırılması layihəsinə start verildi
“İz Mədəniyyətin İnkişafına Dəstək” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01-07-2025 tarixindən “Qərbi Azərbaycan musiqi irsinin izi ilə” adlı yeni layihənin icrasına başlayıb.
Üç ay müddətində həyata keçiriləcək layihənin məqsədi Qərbi Azərbaycan bölgəsinə məxsus zəngin musiqi irsinin toplanması, araşdırılması və ictimaiyyətə təqdim olunmasıdır. Xüsusilə, layihənin əsas hissəsi Qərbi Azərbaycan bölgəsinə aid dastanlardan birinin Qərbi Azərbaycandan olan aşıqların ifasında yazıya köçürülməsi, ifa etdikləri aşıq havalarının nota salınması və kitab şəklində dərc edilməsidir. Kitab həm Azərbaycan, həm də ingilis dilində məlumatlarla hazırlanaraq yerli və beynəlxalq oxuculara təqdim olunacaq.
“Bu layihə vasitəsilə itməkdə olan musiqi və dastan irsimizi gələcək nəsillərə ötürmək, mədəni yaddaşımızı möhkəmləndirmək və dünya ictimaiyyətinə tanıtmaq niyyətindəyik,” – deyə layihə rəhbəri Fəridə Mirişova bildirib. Layihə çərçivəsində toplanmış materiallar rəqəmsallaşdırılaraq ictimaiyyət üçün əlçatan ediləcək, həmçinin mövzuya dair təqdimatlar və maarifləndirici tədbirlər də təşkil olunacaq.
Digər Xəbərlər
24 Dekabr 2025 13:29
“Qalib xalqın Qəhrəmanları” adlı layihənin icrasına başlanılıb
24 Dekabr 2025 08:03
SCIENTIFIC AND ACADEMIC COOPERATION
12 Dekabr 2025 09:00
DÜNYA İLƏ ƏLAQƏLƏRİMİZ MÖHKƏMLƏNİR
05 Dekabr 2025 09:00
BU YERLƏRƏ BİR DƏ GƏL
01 Dekabr 2025 10:40
Azərbaycan gəncləri üçün interaktiv idman, əyləncə və sağlam həyat platforması - GəncFit
28 Noyabr 2025 09:00
MÖHTƏŞƏM QƏLƏBƏMİZ DÜNYAYA SƏS SALDI
25 Noyabr 2025 21:36
“LS Academy” növbəti layihəsini uğurla həyata keçirdi
21 Noyabr 2025 09:00


Bakı -°C

