Azərbaycan klublarının Konfrans Liqasındakı rəqibləri

UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
Adalet.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçiləri “Zirə” və “Araz-Naxçıvan”ın da rəqibləri müəyyənləşib.
Bu raundda Bakı klubu Xorvatiyanın “Hayduk”, Naxçıvan təmsilçisi isə Yunanıstanın “Aris” kollektivi ilə qarşılaşacaq.
Bu gün, həmçinin UEFA Avropa Liqasında (AL) mübarizə aparacaq "Sabah" komandasının Konfrans Liqasındakı (KL) potensial rəqibi də bəlli olub. Azərbaycan təmsilçisi AL-in I təsnifat mərhələsində Sloveniyanın "Tselye" komandasını keçə bilməsə, yoluna KL-də davam edəcək. Bu turnirdə "Sabah"ın mümkün rəqibi "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi olacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin matçları iyulun 24 və 31-də keçiriləcək.
Digər Xəbərlər

Mbappe xəstəxanaya yerləşdirildi

Azərbaycan millisinin Ukrayna yığması ilə səfər oyununun yeri açıqlandı

"Real Madrid"in futbolçusu "Fənərbağça"ya keçə bilər

"Mən televiziyaya çıxmaq üçün işləmirəm" - Qurban Qurbanovla söhbət

Klublararası dünya çempionatında qrup mərhələsinin ilk turu bitdi

“Qarabağ” rəsmiləri Ali Koçla görüşdü - FOTO

İstənilən çətinliyə baxmayaraq ilk matça hazır olmağa çalışacağıq - Qurban Qurbanov
