01 Iyul 2025 16:00
169
GÜNDƏM

Azad edilmiş ərazilərdə daha 440 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar aylıq məlumat açıqlanıb.

Adalet.az Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) istinadən xəbər verir ki, iyun ayında Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 333 piyada əleyhinə mina, 107 tank əleyhinə mina, 2807 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 6 618,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.