"Astana və Bakı birgə müəssisələrin yaradılmasında maraqlıdır" - Tokayev

"Qazaxıstan və Azərbaycan birgə müəssisələrin yaradılmasında maraqlıdır".
Adalet.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.
O qeyd edib: “Hər iki tərəf birgə müəssisələrin yaradılmasında maraqlı olduqlarını bildirib və bu məsələdə mühüm irəliləyiş əldə olunub. Məsələn, transformatorların birgə istehsalına başlanılması planlaşdırılır. Yaşayış və infrastruktur obyektlərinin tikintisi davam etdirilir, gəmiqayırma sahəsində birgə layihələr işlənib hazırlanır”. Onun sözlərinə görə, hər iki ölkənin hökumətlərinə bu sahələrə nəzarət etmək və mümkün qədər tez bir zamanda sənaye sahəsində əməkdaşlığın inkişafı üçün plan və ya Yol xəritəsi qəbul etmək tapşırılıb.
Digər Xəbərlər

Ceyhun Bayramov estoniyalı həmkarı ilə görüşüb - YENİLƏNİB

ATƏT sədrinin Azərbaycan vətəndaş cəmiyyəti ilə onlayn formatda görüşü olub

Marqus Tsahkna Bakıda Şəhidlər xiyabanını ziyarət edib - YENİLƏNİB

İlham Əliyev Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim etdi - FOTOLAR

İlham Əliyev Yaponiyanın yeni Baş nazirini təbrik etdi

Azərbaycan-Qazaxıstan münasibətlərində yüksək səviyyəli etimad mühiti mövcuddur

Nazir: Azərbaycan Vaşinqton razılaşmasının müsbət nəticələrini görməkdədir
