Anar Bağırov Moldovada Vəkil Günü tədbirlərində iştirak edib
Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Moldova Vəkillər Birliyinin dəvəti ilə Kişineu şəhərində səfərdədir.
Bu barədə Adalet.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, nümayəndə heyəti səfər çərçivəsində Vəkil Gününə həsr olunmuş "Təhlükəsizlik və müstəqillik: Vəkillər hakimiyyətdən sui-istifadəyə qarşı müdafiəçilər qismində" mövzusunda beynəlxalq konfransda iştirak edib.
Tədbirdə Moldova ədliyyə naziri, Moldova Prezidentinin Hüquq məsələləri üzrə köməkçisi, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) vitse-prezidenti, müxtəlif ölkələrin vəkillər kollegiyaları, hüquq cəmiyyətlərinin rəhbərləri, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, dövlət rəsmiləri və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Moldova Vəkillər Birliyinin prezidenti Anatolie Barbacar konfrans iştirakçılarını və qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb.
Tədbirin açılışında çıxış edən VK sədri Anar Bağırov Moldova Vəkillər Birliyini Vəkil Günü münasibətilə təbrik edib, birliyin rəhbərliyinə və üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Vəkillərin peşə bayramının əhəmiyyətindən danışan sədr Azərbaycanda da Vəkil Gününün qeyd olunduğunu nəzərə çatdırıb.
Anar Bağırov çıxışında vəkillik fəaliyyətinin müstəqilliyinin əhəmiyyətinə toxunaraq, Azərbaycanda vəkillik institutunun inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə geniş məlumat verib.
Konfransın panel müzakirələri zamanı VK Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cavid Məmmədli "Azərbaycanda vəkillik fəaliyyətinin rəqəmsallaşdırılması" mövzusunda çıxış edib.
Səfər çərçivəsində VK nümayəndə heyəti ilə beynəlxalq təşkilatların və müxtəlif ölkələrin Vəkillər kollegiyalarının rəhbərləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və təcrübə mübadiləsi istiqamətində görüşlər keçirilib, gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.
Digər Xəbərlər
15 Sentyabr 2026 11:34
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
15 Sentyabr 2026 10:36
Səfirlik əməkdaşları Şəhidlər xiyabaında - FOTO
15 Sentyabr 2026 10:16
“Əhli Beytin vəhdət ənənəsində İmam Muhəmməd Baqirin rolu”
15 Sentyabr 2026 09:54
“15 sentyabrın paytaxt günü elan olunmasına ümid edirik”
15 Sentyabr 2026 00:01
Bakının işğaldan azad edilməsindən 108 il ötür
14 Sentyabr 2026 18:20
Bu yollarda tıxac var - SİYAHI
14 Sentyabr 2026 17:19
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
14 Sentyabr 2026 16:33


Bakı -°C

