“Allaha şükürlər olsun ki, ölən yoxdur” - Peskov

“Kamçatkada baş verən zəlzələ bölgənin təbii fəlakətlərə qarşı yüksək hazırlıqlı səviyyəsini göstərdi”.
Adalet.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, regionun təbii fəlakətlərə qarşı əvvəlcədən gördüyü tədbirlər özünü doğruldub: “Bütün xəbərdarlıq sistemləri vaxtında işə düşdü. Sunami ilə əlaqədar insanların təxliyəsi təşkil olundu. Ümumilikdə binaların seysmik dayanıqlılığı da özünü doğrultdu. Allaha şükürlər olsun ki, ölən yoxdur. Texnoloji hazırlıq səviyyəsi yüksək idi və bunu praktika da sübut etdi”.
Xatırladaq ki, bu gün gecə saatlarında Rusiyanın Severo-Kurilsk şəhərində 7,9, Kamçatkada isə 8,7 bal gücündə zəlzələ olub. Bu,1952-ci ildən bəri regionda baş verən ən güclü zəlzələdir.
Digər Xəbərlər

HƏMAS-dan bəyanat: Fələstin müstəqil olmasa...

Qəzzada acından ölənlərin sayı 162-yə çatıb

Finlandiya prezidenti Fələstini tanımağa hazır olduğunu bəyan edib

Zelenski: Ukrayna Rusiya ilə dövlət başçıları səviyyəsində danışıqlara hazırdır

İspaniyanın erməni saxtakarlığını rəsmən tanıyan 43-cü şəhəri: Alboraya

Rusiya Kramatorska zərbə endirib - 3 ölü, 10 yaralı

Rusiyadan şok: Paşinyan devriləcək, Bakı ilə yeni müharibə...
