AH, NECƏ KEF ÇƏKMƏLİ ƏYYAM İDİ…

Cənab Prezident İlham Əliyev Münhendə BMT rəhbərliyi ilə görüşəndə deyib ki, ATƏT-in Minsk qrupu ləğv olunmalıdır. Doğrudan da bu qrup fəaliyyəti boyunca bir qara qəpiklik iş görə bilməyib. Amma əvəzində yaxşı maaş alıblar, gəliblər Bakıya görmədikləri günləri görüblər. Səhər qəhvəaltısında Gəncə qaymağı, Gədəbəy balı, Şamaxı şoru, kürü, kənd yumurtası, Şəmkir konyakı. Günorta quzu qabırğası, erkəyin ağ əti, döymə kabab, tut arağı. Axşam da cücə plov, şah plov, fisincan plov, yeyib-içib kef ediblər. Bir az da boş-boş zəvziyib gediblər İrəvana. İrəvanda da Həkərinin qızıl balığı, İrəvan konyakı vurublar özləri üçün, amma orda boş-boş danışmayıblar. Bir az dolu danışıblar, ermənilərə deyiblər ki, arxayın olun arxanızda durmuşuq, nə qədər biz varıq Qarabağ sizindir.
Və sonda Qarabağ Ermənistanın yox, əsl sahibi Azərbaycanın oldu.
Mənim fikrimcə, yaxşı olar ki, ATƏT-in Minsk qrupunu göndərsinlər Qəzza zolağına, bir az Ərəbistanın isti havası onları hövsələdən çıxarsın.
Amma getməzlər. Kim cənnət Azərbaycanı və Göyçəni qoyub gedər Qəzzaya. Ona görə də indi başqa bir adla tökülüb gəliblər Ermənistana və sərhəd boyu durbinlə Azərbaycana baxıb kef çəkdikləri günləri yada salırlar.
Digər Xəbərlər

Hərbi pilotlar təlim-məşq uçuşları həyata keçirdi - VİDEO

Tramp sözünü tutdu: Anti-Azərbaycan konqresmenlərə açı "15" sürprizi

AYNA: “Qırmızı Körpü” gömrük postunda 440 avtomobil gözləyir
jpg-1755253228.jpg)
Lavrovun "SSSR" sviterinin sirri: Rusiyanın 158 illik travması
jpg-1755249452.jpg)
Overçukdan Bakıya sətiraltı hədə: "Gözün üstə qaşın var" deməyin!
jpg-1755244094.jpg)
"Qırmızı xətt"li İranı susduran məqamlar: Yeni toqquşma qorxusu, yoxsa, "pay"?

“Cəfər Cabbarlı - Nizami” xəttində tunelin inşasına hazırlıq işləri 4-5 ay çəkəcək - VİDEO
