01 Iyul 2025 12:41
100
HADİSƏ

91 yaşlı kişi Şirvan kanalında batıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şirvan kanalının Hacıqabul rayonu, Qarasu kəndindən keçən hissəsində və Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində vətəndaşların batması barədə məlumatlar daxil olub.

FHN-in Mətbuat xidmətindən Adalet.az-a verilən xəbərə görə, məlumatlarla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları cəlb edilib.

    Hazırda batdığı ehtimal olunan müvafiq olaraq 1934-cü il təvəllüdlü Salahov Süleyman Xanəhməd oğlu və 2008-ci il təvəllüdlü Əmirov Anar Rəşad oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.

    Əlavə məlumat veriləcək.