800-dək şəxsə evlərində reabilitasiya xidmətləri göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yaşayış yerini tərk etməkdə çətinlik çəkən, əlilliyi olan 800-dək şəxsi evlərində (səyyar) reabilitasiya xidmətləri ilə təmin edib.
Bu barədə Adalet.az-a ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, onlara 2 mindən çox reabilitasiya xidməti göstərilib.
"Qeyd edilən səyyar xidmətlərdən yararlanmaq istəyən əlilliyi olan şəxs (və ya onun qanuni nümayəndəsi) Nazirliyin “142” Çağrı mərkəzinə, eləcə də DOST mərkəzləri və ya ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edir.
Müraciətə əsasən Agentliyin müvafiq reabilitasiya mərkəzinin həkim və psixoloqlarından ibarət səyyar briqadası əlilliyi şəxsin yaşadığı ünvana gedərək, onun ilkin müayinə və qiymətləndirməsini aparır.
Bundan sonra əlilliyi olan şəxslə bağlı fərdi plan tərtib olunaraq bu plan əsasında ona müəyyən olunmuş müddət ərzində həkim və psixoloq müayinəsi, loqoped seansı, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi, əmək terapiyası və s. üzrə reabilitasiya xidmətləri göstərilir",- məlumatda qeyd edilib.
Digər Xəbərlər
05 Iyun 2026 17:54
Ağırlıq qaldıranlar daha uzunömürlü olur
05 Iyun 2026 11:46
100-dən çox şəxs sosial xidmətlərdən yararlandı
04 Iyun 2026 10:47
Hər donor qanı hansı yoxlamalardan keçir? - AÇIQLAMA
04 Iyun 2026 10:31


Bakı -°C

