adalet.az header logo
  • Bakı -°C
03 Dekabr 2025 10:59
124
KRİMİNAL
A- A+

47 yaşlı kişinin meyiti qəbiristanlıqda tapıldı

Bakıda qəbiristanlıqda meyit tapılıb.

Adalet.az xəbər verir ki, hadisə dekabrın 2-si saat 18 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini 1978-ci il təvəllüdlü İqor Mixayloviç İlkovun üzərində zorakılıq əlaməti görünməyən meyiti qəbiristanlıqda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.