"4 gün əvvəl Şəfayət o evdən çıxmaq istəmişdi, mənə şübhəli gəlir" - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Ağstafanın Qırılı kəndində 24 yaşlı Şəfayət İsmayılova evin pəncərələrini silərkən yıxılıb və həyatını itirib.
Adalet.az xəbər verir ki, Baku TV hadisənin təfərrüatını öyrənib.
Mərhumun qohumu Tahir Tanrıquliyevin sözlərinə görə, bu, ailədə 5-ci ölümdür: "Bu evdən son bir ildə 5-ci ölüdür, hamısı da təsadüfən ayın 8-i baş verib. Deyilənə görə, nərdivanı qoyub pəncərələri silirmiş. Nərdivan düşüb üstünə, beyin nahiyəsinə dəyib. İlk hadisə ötən il avqustun 8-i olub. Uşağın 1-2 yaşı olardı. Sonra da qayınana-qayınata rəhmətə getdi, bundan sonra isə daha bir körpə həyatını itirdi, indi də belə...”
Mərhumun əmisi Asif Cəfərov isə bildirib ki, hadisəni öyrənən zaman dərhal ora gedib: "Getdim, dedilər ki, nərdivandan düşüb. Ancaq mən gördüm, nərdivandan yıxılan elə olmur, mənə şübhəli gəldi. Nərdivan böyük deyildi, yerdə qan görmədim. Deyə bilmərəm ki, öldürüblər, ancaq gözümlə gördüyüm budur. Ümumiyyətlə o evə gedib-gəlməyə qoymurdular, uşaq rəhmətə gedəndə qapıdan qovmuşdular. Orada qızların dediyinə görə, Şəfayət 4-5 gün bundan əvvəl gəlmək istəyirmiş. Elə başa düşürəm ki, aralarında mübahisə olub”.
Daha ətraflı videomaterialda:
Digər Xəbərlər

Şəki-Oğuz yolunda qəza - Ana və övladı xəsarət aldı

20 nəfərin xəsarət aldığı qəzadakı mikroavtobus qanunsuz işləyirmiş - Rəsmi

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: 20 nəfər xəsarət aldı

Nuranə on il əvvəl də bənzər hadisədə xəsarət alıbmış - VİDEO

Balakəndə 20 mindən artıq abonent qazsız qalacaq

Azərbaycanda çəkildiyi iddia edilən fotolarla bağlı rəsmi açıqlama - FOTO

Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb
