18 yaşlı hərbi qulluqçunun ölümü ilə bağlı cinayət işi başlanılıb

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Həsənli Rasim Raməddin oğlunun ölüm faktı əsasında prokurorluq əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilib, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər zəruri hərəkətlər icra edilib.
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, faktla bağlı Bakı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyid münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.
Hazırda ibtidai istintaq davam etdirilir, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin ediləcək.
Digər Xəbərlər

“Kərimə” dövləti qurmaq istəyən şəxslərə hökm oxunub

Əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətə cəlb edildi

Ermənistanın ekologiyamıza və iqtisadiyyatımıza ziyan vurması faktları üzrə sənədlər tədqiq edilir
