adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Rus ordusunda saqqal saxlamaq qadağan ediləcək? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
418 | 2023-01-23 12:54

Rusiya nüvə silahından istifadə edəcəkmi?

"Putinin aşbazı" ləqəbi ilə tanınan, "Konkord" şirkətinin və "Vaqner" şəxsi hərbi birləşmələrinin yaradıcısı və sahibi Yevgeni Priqojin, hərbidə saqqal saxlamağın qadağan olunmasını tələb edən generalı tənqid edən Çeçenistan prezidenti Ramzan Kadırovu dəstəkləyib. Bu barədə onun mətbuat xidməti rəsmi Telegram kanalında məlumat yayıb.

"Arvadabənzər hərbi rəhbərlər özlərini ən toz basmış məsələlərə soxurlar. Həbsxanadan çıxan zeklər, qvardiya hərbiçilərindən yaxşı döyüşürlər. Onurğaları zədələnmiş muzdlular, təlim meydanlarına gedərək, yeni cəlb olunan muzdlulara öz tərcübələrini öyrədirlər. Lakin bir topa klounlar çətin hərbi əməliyyatlar keçirən döyüşçülərimizə gündə neçə dəfə üzlərini qırxmağı, yüksək çinli generalların qarşısına hansı ətirli duxi vurub çıxmaları barədə göstəriş verməyə cəhd edirlər"- deyə Priqojin bildirib.

"Vaqner"in sahibi Kadırovdan xahiş edib ki, saqqalını onun da əvəzinə iki qat uzatsın. Priqojin əlavə edib ki, "ordunu qalamur yuvasına" çevirmək istəyənlərə qarşı, qanunvericilikdə dəyişiklik edilsin və onlara 50 ilədək həbs cəzası verilsin.

Orduda saqqal məsələsi ötən həftədən, 18 yanvarda Dövlət Dumasının müdafiə komitəsinin keçirilən iclasında başlanıb və iclasda bildirilib ki, hərbiçilərin saqqal saxlamasının qadağan edilməsi, hərbi intizamın elementlərindən biridir, çünki onlara əhali baxır və onlar nümunəvi görsənməlidirlər.

Çeçenistan prezidenti Ramzan Kadırov, komitə üzvülərini tənqid edərək bildirib ki, "hə, avtomatları bir kənara qoyub, gedək üzümüzü təraş etməyə. Ukrayna millətçiləri də kənarda durub gözləyəcək". Kadırovun fikirincə, ön cəbhədə başqa problemlər var - şəhərlərin daima atəş altında olması, Ukrayna tərəfdən dinc əhaliyə qarşı endirilən raket zərbələri və s.

Ataların bir sözü var ey, "İş çətinə düşəndə, öküz - öküzdən görür". İndi rus ordusunun işi çətinə düşüb, bir neçə günə Kiyevə "Trikolor" asacaqlarını düşünənlər, artıq 11 aydlr ki, Ukrayna torpaqlarında əsir-yesir olublar, 100 mindən çox əsgər itiriblər, ondan bir neçə dəfə də çox yaralanıb sıradan çıxanlar var.

Rusiya müdafiə nazirliyinin tabeliyində olan rəsmi hərbi birləşmələrlə yanaşı, Ukraynada muzdlu əsgərlərdən ibarət iki şəxsi hərbi dəstə də döyüş əməliyyatlarında iştirak edir - biri Yevgeni Priqojinin, əsasən həbsxanadan çıxan və ya çıxarılan zeklərdən ibarət muzdlu döyüşçüləri, digəri isə Çeçenistan prezidenti Ramzan Kadırovun şəxsi qvardiyası. Hazırda Ukrayna ordusunun ciddi müqaviməti ilə üzləşən rus hərbi birləşmələri çətin anlar yaşayır. Ona görə də, döyüşdə iştirak edən rəsmi ordu generalları ilə, muzdlu döyüşçülərdən ibarət qruplaşmalar arasında kəskin münaqişə yaranıb.

Yaranan bu vəziyyət təbii ki, Vladimir Putini narahat etməyə bilməz. Çünki, o, cəbhə xəttində yaşanan qarşıdurmaların ağır nəticələr verə biləcəyini yaxşı anlayır. Baş qərargahın rəsi, Gerasimovun baş komandan kimi cəbhəyə göndərilməsi, "Vaqner"in təcili olaraq həmin zonadan çıxarılaq yerlərinin dəyişdirilməsi, nələrinsə düz getmədiyindən xəbər verir.

Kremlin ruporu Vladimir Solovyovun "Subotnıy veçer" siyasi tok-şousunda, aparıcının, İsrail xüsusi xidmətinin keçmiş rəhbəri Kedmi ilə, Rusiyanın bu müharibədə nüvə silahından istifadə etməsi ilə bağlı kəskin mübahisələri də, ciddi hadisələrin baş verə biləcəyinə işarə kimi qiymətləndirilməlidir.

Bildiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin qarşıdakı qərarlarını əvvəlcə ruporları - solovyovların, skabayevaların, simonyanların dili ilə dünyaya bəyan etməyə çalışır. Solivyovun dediklərindən belə nəticə çıxarmaq olar ki, bu yaxınlarda Krımda törədiləcək təxribatı bəhanə edərək, Rusiya prezidenti Ukraynaya qarşı taktiki nüvə silahından istifadə etməyə hazırlaşır.

 

 

TƏQVİM / ARXİV