adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Rövşənin qardaşı və dostu olmaq

RZA RZAYEV
66842 | 2017-11-24 12:24

Məmur işlədiyim vaxt qardaşım bir nəfər naxçıvanlıoğlanın xahişini etmişdi ki, sənədlərini qaydaya salım, Naxçıvana gedə bilsin.Sözsüz ki, qarşılamaq üçün aşağı düşdüm, qəbul otağına apardım, əyləşdik, sənədləriniqaydasına saldıq, çay da təklif etdik, ancaq içmədi, adam o qədər utancaq,abırlı, tərbiyəli idi ki, davranışı ilə adamda təəccüb yaradırdı.Bir anlıq beləbirinin bu dövrdə özünə necə yer edəcəyini düşündüm.Sonra bildim ki, kriminalaləmdə tanınmış birinin qardaşıdır.Adam yaddaşımda ilişib qalmışdı, hər dəfəyadıma düşdükcəsoruşurdum qardaşımdan o oğlanı. O da arada işdən çıxanda yoldarastlaşdıqlarını söyləyirdi, təkrar onun haqqında fikirlərimi qardaşımlabölüşürdüm və bu hal səbəbsiz (qeyri-iradi) bir neçə dəfə təkrar olundu. Üstündənnə qədər keçdiyini dəqiq xatırlamıram, bir vaxt eşitdim ki, həmin oğlanınqardaşını Rusiyada öldürüblər, çox pis oldum. Sonra lap dəhşətli xəbər aldım,bu oğlan qardaşını öldürən oğlanla aeroportda rastlaşıb və qardaşının qısasınıalıb, daha sonra isə polisə təslim olub. O oğlanın adam öldürəcəyinə heç cürinanmaq mümkün deyildi, hələ də inanmağım gəlmir, amma ortada qardaş sevgisivarsa...

Filosoflardan biri demişdir ki, insanlar həmişəkişi ilə qadın arasında olan sevgidən yazırlar, danışırlar. Amma, həyatdaanaya, ataya, bacıya, qardaşa, övlada olan sevgi də var ki, bu qadınla kişiarasındakı sevgidən daha əhəmiyyətli vədaha güclüdür!

Açığı deyim ki, oğlana olan hörmətim artdı. Hadisənieşidəndən sonra da qardaşıma dedim ki, belə qardaşları gördükcə, səni daha çoxistəyirəm və daha çox hörmət edirəm, qardaşım olduğuna görə şükür edirəm. Yəni,bəzən bir adamın hərəkəti həmin statusda olan insanlara əlavə sevgi, hörmətqazandırır, necə ki, başqasının qardaşı üçün etdiyi hərəkət qardaşını səningözündədaha da ucaldır, bu statusu daha dəyərli edir.

...

Eyni adda minlərlə insan var, amma, elə olur ki, oadı bir nəfər daşıyır, sevdirir, tanıdır və əbədiləşdirir.Həmin ad çəkiləndəhamı bilir kimdən gedir söhbət.

Son illər Rövşən adı çəkilən kimi, çoxları söhbətinRövşən Lənkəranskidən getdiyini anlayırlar.

Rövşənin düşdüyü yol ilə çoxları gedib, aralarındaçox məşhurları olub, bu yolda öləni, yolundan çıxanı, yolda qalanı, hörmətqazananı, ad qazanıb və ad qoyub gedəni olub. Rövşən də ad qazanıb, ad qoyub məkanınıdəyişənlərdəndir, adını əbədiləşdirənlərdəndir, hələ də haqqında danışılır,adını çox yerdə çəkirlər, adı gələndə ayağa qalxanlar, yerini dəyişənlər, geriçəkilənlər yenə də var və olacaq.

Kimisinin haqqında az, kimisinin haqqında çoxdanışılıb. Çoxu bu yolu tutanda, bu yola qədəm qoyanda kimsənin ondan xəbəriolmayıb, yəni ilk cinayətini edəndə etdiyi cinayət sıradan olub, məna kəsb etməyib,anlam yaratmayıb, ya da cinayəti, əməli rəğbət doğurmayıb.

Bu yolda ad çıxaranların çoxu kiçik, böyük cinayətlərediblər, kimlərin nə vaxt cinayət etdiyi, nə vaxt həbs olunduğu, nə vaxt ilk dəfəhəbsə girdiyi və çıxdığı çoxluğa, topluma bəlli olmayıb, daha doğrusu, ictimaişüura, rəyə təsirsiz olub, toplumu bu hadisə maraqlandırmayıb.

İlk etdiyi cinayəti ilə ad çıxaranlar azdır, ammaRövşən ilk etdiyi cinayət ilə səs-küy saldı, kimsə tərəfindən qınanılmadı,çoxluq belə oğula halal olsun dedi, rəğbət qazandı. Hətta, qərar verən də bu"cinayətə" və "cinayəti edənə" rəğbət bəslədi.

İlk cinayəti ilə həm cəmiyyətdə, həm də cinayətkaraləmdə adından söz etdirdi. Kimisi onun ürəkli olmasından, kimisi yaraşıqlıolmasından, kimisi tərbiyəsindən, kimisi əliaçıqlığından, kimisi dostluğundan,kimisi yaxşı qardaş olduğundan danışmağa başladı və bu başlama öz başlanğıcınıonun atasına necə oğul olmasından və bu borcu necə yerinə yetirməsindən,Əzrayılı qabaqlamasından götürdü və ilk dəfə Əzrayıl ilə tanışlığı buradanbaşladı, Əzrayıl hələ belə can almaq görməmişdi, gənc bir oğlan günahsızatasının qatilinin canını necə aldısa, Əzrayıl da ürəkləndi, işini tez bitirdi.Çoxları dərs götürdü, yazılmayan dərsliklərin hamısında bu hadisə birinci oldu,hər yerdə bu hadisədən danışıldı.Haqqında danışıla-danışıla, haqqında söz etdirə-etdirəböyüdü - çoxlarının "keçmədiyi", keçməyə ürək etmədiyi yerlərdənkeçdi, yerini aldı.Bu aləmdə olanların çoxu özlərindən söz də etdiriblər, təmizadda qoyublar, böyük qardaş statusu da qazanıblar. Amma, Rövşənin bu aləmə ilkvə fərqli gəlişi, yaşının az olması, yaşından çox böyük işlərə baş qoşması, buişlərdən baş çıxarması cəmiyyətin gözündə onun cinayətkar aləmin ünlü üzvlərindənfərqli görünməsinə səbəb oldu. Məgər, daha çox qan tökməklə, baş kəsməklə, çoxpulla bu fərqli yeri, sevgini "almaq" olar?!

Rövşən sadəcə insanlara qarşı münasibətdə fərqlioldu, oğul kimi, dost kimi, qardaş kimi, yerli kimi və s. İnsanlar bu fərqisevdilər. Rövşənin insanları sevməsi, insanlığa dəyər verməsi ondan"asılı" insanların şəxsi həyatında dönüş yaratdı, çoxları onun bir kəlməsiiləöz problemlərini həll etdilər və bunların çoxunu o, ürəkdən və təmənnasızetdi.

Və ölümü bunu daha çox üzə çıxardı.Onu dəfn edənlərinçoxunun həyatında Rövşənin yaxşı mənada rolu var idi. Heç kim onun ölümünəinanmasa da, tabutunun aparılmasından, duruşundan bilirdilər – içindəki Rövşəndir.

Səhər açılmamış fb-a girirəm - baş xəbərlərinhamısı eyni, şəkilləreyni.Qardaşı Rövşənin qisasını almaq istərkən həbs edilibvə s.

Başlıqlar, əməliyyatın keçirildiyi yer çox şeyindoğru olmadığının göstəricisidir.Yazılanların çoxu uydurmaya oxşayır.

Duyğulanmışam günün çox vaxtını, tutulanların şəkillərinəbaxıram, şəxsən tanımadığım adamların şəkillərinə bu qədər baxmaq təəccübyaradır, elə bil kimlərisə axtaran kimiyəm.Hacı Beyləqanski də oradadır – Rövşənindostu.Rövşənlə olan keçmiş şəkillərindən yadımda qalıb.

Səhər isə qisas almaq istəyənlərin necəaparıldığının videosu yayılır.Şəkillərdə gördüyüm Hacı böyümüş, dahaboylu-buxunlu, bədənli görünür, bu odurmu deyə sual edirəm, təkrar baxıram-odur, amma görünüşü əvvəlkilərlə müqayisədə fərqlidir. İnsan bir neçə saata buqədər böyüyə bilərmi?!Fiziki olaraq mümkün deyil, deməli onu fiziki böyük göstərən,onu içdən böyüdən, gözümüzdə böyük göstərən dostunun qisasını almaq hissidir.Bax bu Rövşənin dostudur – Rövşənin dostu olmaq budur, Rövşənə dost olmaqbudur!

Dost və qardaş - biri öndə, biri sonda gedir, dostvə qardaşın arasındakı məsafə də doludur, qollar bağlı, hər iki tərəfdənqollarına girmiş türk polisləri, amma onlar elə gedirlər ki, polislər onlarıaparmış kimi görünmür, polislər onlarla gedirmiş kimi görünür - başları dik, əzmli,iradəli, təmkinli, haqlı, həyəcansız, məqsədli!

Son dövrlər çoxlarımız çox şey gördük - yaxından vəuzaqdan.Eşitdiklərimiz də oldu - ola bilməz dedik olanlara.Olanları sadalamaqistəmirəm. Cəmiyyətin bu günə qədər gördüyü və düşündüyü nə idi, dəyişən nəoldu?!

Bu gün çoxları vəzifəsini, pulunu, mövqeyini, xoş həyatınıitirməmək üçün qardaşından da, atasından da, nəslindən də keçər və çoxlarıkeçdi də.Kimisi qardaşının, atasının, övladının əvəzində təklif olunan pulun, vəzifənintərəfində durdu, susdu - olan-olub, həyat davam edir, ölənlə ölmürlər ki və s.dedilər."Atamıza, qardaşımıza cavabdeh deyilik” deyənlər də oldu, vəzifəsiniitirməsin deyə arzuolunmaz qardaşın, atanın qapısını açmayanlarda var.

Adi gömrük işçisi olmaq üçün cəmiyyətimizdəağlımıza bəlkə dəgələn vəgəlməyən "şeylərdən" keçənlər var.

Amma biri, özü dəgömrük idarələrindən birinin rəisi,qardaşı üçün vəzifəsini də, pulunu da, xoş həyatını da, son qanını da,qardaşının qisasını almaq üçün qurban verir və qurban verməyə hazır olduğunugöstərir, nəticəni düşünmədən. Bax bu Rövşənin qardaşıdır – Rövşənin qardaşıolmaq budur, Rövşənə qardaş olmaq budur!

Son söz əvəzi – çəkəcəyim filmə görə, yazılarımagörə kimlərsə bizi cinayətkar aləmi, cinayətkarları təbliğ edirik deyə suçlayabilər və suçladılar da. Bir Rejissor olaraq milli kimlik məsələsi ilə məşğulamvə bir fərd, şəxs bir millətin ifadəçisidir, biz bir azərbaycanlı kimliyianladırıq – necə ki, dənizin suyunun tərkibini bilmək üçün həmin suyun hamısınıiçməyə ehtiyac yoxdur, bir qurtum bəs edər.

Rövşənin hərəkəti, yəni atasının qisasını almasıbaşqaları tərəfindən təkrarlanmadı, yəni ənənə, vərdiş halını almadı. Amma, yenədə atası öldürülənlər oldu və kim bizə sübut edə bilər ki, Rövşənin qısasındansonra atalara ediləcək qəsdlər azalmadı, neçə ata qatili Rövşən kimioğullarınola biləcəyindən, onun hərəkətinin xofundan, öldürəcəkləri atalarınoğlanlarından qorxaraq bu məqsədlərindən əl çəkmədilər. Bunun əksini sübut etməkçətindir, çünki Rövşən etdiyi hərəkətin təkrarının olmaması sübut edir ki, ataqatili olmaq istəyənlərin sayı azalıb.Əzizlərinin intiqamını alanlara qatil deməkolmaz, onlar qisas alanlardır, qisasçıdırlar, bu gün bizə daha çox qisas hissilazımdır.Biz hətta Qarabağı da ata, ana, bacı, qardaş, övlad qisasına çevirməyənəqədər geri ala bilməyəcəyik.

Necə ki, yazmışdım – Zəhranın atası Zəhranınqisasını almaq üçün dövlətdən iş almalı deyil, düşməndən təkbaşına qisasalmalıdır, ordunu gözləmədən özünü düşmən səngərinə atmalı, sona qədər döyüşməli,övladının qisasını almalıdır, nümunə yaratmalıdır - bu, düşməni qorxuyasalacaq, xofda saxlayacaq.

...

Çoxdanın söhbətidir - hamımız şahid olmuşuq buhadisəyə… hələ indiki böyük və məsuliyyətli vəzifəsini tutmayana qədər bir əməliyyatçımızo vaxt məşhur olan, qabağından yeməyən, yetənə-yetən, yetməyənə söz tullayan,dönməz, cəsur, bir az da daha artıq risk edən, sifəti olan müxalifətçi başredaktorun (indi onun haqqında belə düşünülmür) qoluna qandal vurdu. Birlikdəevin önünə çıxdılar, əməliyyatçı ilə baş redaktorun boy-buxunlarındakı fərq dəiqtidar ilə müxalifətin gücünün o vaxtkı göstəricisi idi.Əməliyyatçı təsadüfiseçilməmişdi – xarakterindən tutmuş boy-buxun və baxışlara qədər hər şey nəzərəalınmışdı.Baş redaktorun evindən silah çıxdı, sonra baxdılar ki, silahın içiboşdur, boşladılar. Sonra bu hadisənin üstündən az keçmiş müxalifətçi başredaktor ailəsi ilə restorana daxil olarkən həmin əməliyyatçı ilə (indi məşhurgeneralımızdır, öz sahəsində ad qazanandır, sözünü keçirəndir) rastlaşır vəbaşlayır ağzına gələni danışmağa, əməliyyatçının yanında olan tanışı başredaktorun cavabını vermək istəsə də, əməliyyatçı buna imkan vermir, başredaktorun ailəsi ilə bir yerdə olduğunu xatırladır, heç nə demədən, etmədən,hörmətlə oradan uzaqlaşır, söhbəti başqa vaxta saxlamağı tövsiyə edir. Sonradanbu hadisə haqda baş redaktor özü də yazdı və əməliyyatçının bu hərəkətini təqdiretdi.Əməliyyatçının bu hərəkəti hamı tərəfindən rəğbətlə qarşılandı, hətta qatıdüşmənləri tərəfindən belə.Bəlkə də, bu əməliyyatçını sonra çalışdığı sahədədaha böyük pillələrə daşıyan məhz bu xarakteri, bu hərəkəti, göstərdiyi bunümunə oldu.Elə dəyərlər var ki, hətta düşmənə qarşı da o dəyərlərqorunmalıdır, çünki ümumidir, hamı tərəfindən dəstəklənir, dəyişməzdir,dost-düşmən arasında fərqləndirilməməlidir. Baxın, biz yenəbelə nümunənin, hərəkətinyanındayıq, tərəfindəyik, şəxsi mənada bizə heç bir yaxşılığı keçməmiş insanınbaşqasına etdiyi hərəkət səndə ona qarşı rəğbət yaradır, onu sənədoğma edir,onu özününki bilirsən və s.

Böyük bir sənətkarımız ağır xəstəliyə tutulub –hərzaman şəxsiyyəti ilə öndə olub, sənəti onsuz da öndə idi, xarakter insanıdır -ağır xəstəlik ilə üz-üzə olsa da, xaricdə müalicə imkanları olsa da, deyir – mənxalq artistiyəm, gedim xaricdə deyim ki, öz həkimlərimiz həkim deyil, ümidimsizədir, onlara inanmıram?! Baxın –şəxsiyyət olmaq, nümunə olmaq yenə də budur,bu təkcə ondan gözlənilən idi, onu da etdi!

Ailə-uşaq yanında etik qaydaları aşmayan, adət-ənənələrəhörmət edən, qadın-uşaq yanında təmkin göstərən əməliyyatçının, ölüm ayağındabelə öz həkiminin şərəfini düşünən, qoruyan sənət insanının, atasının qisasınıalan oğulun, dostunun qisasını almaq istəyən dostun, qardaşının qisasını almaqistəyən və alan qardaşın yanındayam, çünki bunlar nümunədirlər, çox azdırlar, təkdirlər,təkrarsızdırlar. Adi insan kimi bitərəf, amma sənət insanı kimi gözümdə bu cürböyüyən insanların tərəfindəyəm - insanları belə böyüdən tərəfin yanındayam!

Bax, bir sənət insanı kimi, beləəməliyyatçı, sənətinsanı, övlad-oğul, qardaş və dost filmlərimin qəhrəmanlarıdır - bu filmləri çəksəmdə, çəkməsəm də, çəkə bilsəm də, bilməsəm də, çəkməyə qoysalar da, qoymasalarda...



TƏQVİM / ARXİV