adalet.az header logo
  • Bakı -°C

Səssiz ölüm...

133 | 2025-12-02 18:29
A- A+

Məncə , onu elə belə adlandırmaq lazımdır; səssiz ölüm! Hər il payız- qış mövsümündə dəm qazından yüzlərlə ölən insan var. Heç hələ qış gəlməyib,Bakıda və bölgələrdə dəm qazından ona yaxın insan var!

Bəs, faciəli hadisələr nədən baş verir! Təbii ki, bir çox insanların məsuliyyətsizliyindən və laqeydliyindən! Hansı ki, hər mövsüm başlayanda " Azəriqaz" ın əməkdaşları evlərə baxış keçirir, mövcud nöqsanları abonentlərin diqqətinə çatdırır və onlara bildirir ki, hamamdakı qazla işləyən qızdırıcı qurğuları oradan çıxarıb ya mətbəxdə, ya da eyvanda yerləşdirsinlər .

Bu daha təhlükəsizdir.Yəni " Azəriqaz" əməkdaşları öncə əhali arasında maarifləndirmə işləri  aparır, buna əməl etməyənləri inzibati məsuliyyətə cəlb edirlər. Amma görünür bundan nəticə çixarmayanlar da var! Ona görə də, dəm qazından boğulma halları artır.

Bir neçə gün bundan əvvəl Bakıda 25 yaşlı oğlan dəm qazında hamam otağında boğulub ölüb! Bax bütün bunlar əhalinin daha diqqətli olmağı tələb edir. Buradan belə bir məntiqi nəticə çıxır ki, kimliyindən asılı olmayaraq hamı təhlükəsizlik qaydalarına əməl etməlidir!

Emil Faiqoğlu

TƏQVİM / ARXİV