adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Nüvə müharibəsi başlaya bilərmi? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
478 | 2023-01-26 12:40

Son vaxtlar ABŞ tərəfindən nüvə müharibəsinin başlyacağı ilə bağlı anonsların verilməsinin sayı artmaqdadır. Ukrayna ilə müharibədə, Rusiyanın güya gücünün getdikcə zəiflədiyinə görə, nüvə silahlarından istifadə edəcəkləri xəbərlərinin istənilən effekt vermədiyini görən Birləşmiş Ştatlar, bir vaxtlar Pakistanla Hindistan da nüvə müharibəsinin başlanmasının bir addımlığında idi.

BBC telekanalının yaydığı məlumatlara görə, ABŞ - ın keçmiş fövlət katibi Mayk Pompeo, memuarlarında yazır ki, 2019-cu ildə Dehlinin 40 məfər hindli əsgərin öldürülməsinə cavab olaraq Pakistan ərazilərində hərbiçilərə aviazərbələr endirməsindən sonra, Hindistan və Pakistan arasında nüvə müharibəsinə başlamağın bir addımlığında idilər.

"Mən hesab etmirəm ki, 2019-vu ildə, dünya Pakistanla Hindistan arasında münaqişə, nüvə alovunun nə qədər yaxınlığında olduğundan tam xəbərdar idi" - deyə keçmiş dövlət katibi qeyd edib.

Pompeo bildirir ki, həmin vaxtlar yaxşı yadındadır. Onlar, Hanoyda eks prezident Donald Tramp və KXDR-in lideri Kim Çen I ilə birlikdə görüşdə idilər. Gecə yarısı onu Hindistanlı həmkarı telefon zəngi ilə oyadıb və bildirib ki, Pakistan Hindistsna nüvə zərbələri endirməyə hazırlaşır.

Bundan sonra amerikanın eks dövlət katibi qeyd edib ki, hər iki dövlətin rəhbərləriylə mütamadi telefon danışıqlarından sonra məlum oldu ki, tərəflərin heç biri nüvə silahlarını hazırlıq vəziyyətinə gətirməyib. Həmin vaxt ABŞ rəhbərlərinin qarşısında dayanan əsas məsələ, təcili iki dövlət arazında barışığın yaranmasına nail olmaq idi.

 

 

TƏQVİM / ARXİV